QR CodeQR Code

İranla AB arasında nüvə müzakirələri keçiriləcək

30 Jul 2012 04:31

IslamTimes - Ketrin Eşton: “Yaxın günlərdə İranla Avropa Birliyi arasında nüvə müzakirələri keçiriləcək”


APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton bildirib.

Qeyd edək ki, iyulun 24-də İstanbulda İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində nüvə müzakirələri keçirilib. Müzakirələr İran Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Bagiri və Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini Helqa Şmidt arasında aparılıb. Danışıqlar zamanı Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton və İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili arasında görüşün keçirilməsinə dair razılıq əldə olunub”.


Story Code: 183367

News Link :
https://www.islamtimes.org/az/news/183367/iranla-ab-arasında-nüvə-müzakirələri-keçiriləcək

Islam Times
  https://www.islamtimes.org