0
Monday 30 July 2012 - 04:41

Londonda Olimpiadaya kütləvi etiraz

Story Code : 183371
Londonda Olimpiadaya kütləvi etiraz
Londonda Olimpiadaya kütləvi etiraz
Londonda heç də hamı Olimpiya atmosferini yaşamır. Taksi sürücülərinin 2 gün əvvəlki etiraz aksiyasından sonra "Əks-Olimpiya" Şəbəkəsinin fəalları küçələrə çıxıb. Yüzlərlə insanın qatıldığı aksiyada Olimpiya oyunlarına pis nüfuzlu korporativ şirkətlərin sponsorluq etməsi tənqid edilib.

Etirazçılar korporativ sponsorların “şər əməlləri” arasında belə şirkətlərin inkişaf etməkdə olan ölkələrdə ucuz əmək qüvvəsi istismar etməsi, planeti çirkləndirməsi, eyni zamanda Olimpiya oyunlarından külli miqdarda gəlir götürmək məqsədilə sakinləri və sahibkarları Londonun bir çox rayonlarından köçürməsini sadalayır.

Aksiyanın təşkilatçısı Culiyan Çeyn Olimpiya oyunlarının “ali ideallardan” uzaq düşdüyünü bildirərək, oyunların sponsorlarından olan “Dov Kemikal” şirkətini hədəfə alıb. Çeyn adı çəkilən şirkətin 1984-cü ildə 3 minə yaxın insanın ölümü ilə nəticələnmiş Bopal texnogen fəlakətinə səbəbkar olmuş Hindistan şirkətilə şərik olduğunu diqqətə çatdırıb. Çeyn şirkətin Olimpiya oyunlarını dəstəkləmək əvəzinə Bopal qəza qurbanlarına yardım etməli olduğunu deyib.

Olimpiya Parkında baş tutmuş aksiyada bəzi etirazçılar Soçidə 2014 ildə keçiriləcək Qış Olimpiya oyunlarına qarşı çıxıb. /ans/
Comment