0
Monday 30 July 2012 - 17:11

Ərəb biznesmenləri Səudiyyə kralının təzyiqi altında

Story Code : 183477
Ərəb biznesmenləri Səudiyyə kralının təzyiqi altında
Ərəb biznesmenləri Səudiyyə kralının təzyiqi altında
"IslamTimes" "Infox.ru" saytına istinadən xəbər verir ki, ötən həftə məşhur Səudiyyə Ərəbistanı biznesmeni Məhəmməd Sveyqat 20 Rusiya şirkəti ilə müqaviləni dayandırıb. Ərəb kralı tərəfindən təzyiqlər altında həyata keçmiş bu addımın səbəbi Moskvanın Bəşar Əsədə dəstək verməsidir. Hazırda Səudiyyə Ərəbistanında dövlətlə biznesmenlər arasında bu sahədə problem yaşanır. Adətən gəlir barədə düşünən neft maqnatları Səudiyyə kralının basqıları altında siyasiləşirlər. Amma təbii ki, ərəb ölkələrinin Suriyadan dolayı Moskvanı sıxışdırması nəticəsiz qalacaq. Çünki bu sahədə Rusiyanın zəngin enerji ehtiyatlarına malik İran kimi müttəfiqləri var.
Comment