QR CodeQR Code

Ərəb biznesmenləri Səudiyyə kralının təzyiqi altında

30 Jul 2012 17:11

IslamTimes - Səudiyyə Ərəbistanı biznesmeni Məhəmməd Sveyqat 20 Rusiya şirkəti ilə müqaviləni dayandırıb.


"IslamTimes" "Infox.ru" saytına istinadən xəbər verir ki, ötən həftə məşhur Səudiyyə Ərəbistanı biznesmeni Məhəmməd Sveyqat 20 Rusiya şirkəti ilə müqaviləni dayandırıb. Ərəb kralı tərəfindən təzyiqlər altında həyata keçmiş bu addımın səbəbi Moskvanın Bəşar Əsədə dəstək verməsidir. Hazırda Səudiyyə Ərəbistanında dövlətlə biznesmenlər arasında bu sahədə problem yaşanır. Adətən gəlir barədə düşünən neft maqnatları Səudiyyə kralının basqıları altında siyasiləşirlər. Amma təbii ki, ərəb ölkələrinin Suriyadan dolayı Moskvanı sıxışdırması nəticəsiz qalacaq. Çünki bu sahədə Rusiyanın zəngin enerji ehtiyatlarına malik İran kimi müttəfiqləri var.


Story Code: 183477

News Link :
https://www.islamtimes.org/az/news/183477/ərəb-biznesmenləri-səudiyyə-kralının-təzyiqi-altında

Islam Times
  https://www.islamtimes.org