QR CodeQR Code

Suriya ordusu Hələbi silahlı müxaliflərdən təmizlədi

XezerXeber , 31 Jul 2012 02:53

IslamTimes - Suriya ordusu Hələbin Səlahəddin şəhərini də silahlı müxalifətdən təmizləyib


Suriya təhlükəsizlik qüvvələrindən olan bir səlahiyyətli ordunun ölkənin ikinci böyük şəhəri Hələbdə silahlı müxalifətin nəzarətindəki Səlahəddin şəhərini geri aldıqlarını bildirib. Paytaxt Dəməşqdə beynəlxalq mətbuata açıqlama verən səlahiyyətli deyib: "Suriya ordusu Səlahəddin şəhərinin nəzarətini təmin etdi və terroristlərə hücuma davam edir". (CHA)

Xatırladaq ki, artıq 3 gündür ki, Suriya ordusu ilə silahlı müxalifət arasında Hələb şəhəri uğrunda döyüşlər gedir. Hələbdə müxaliflərin nəzarətindəki bölgələri geri qaytarmaq üçün ordunun başlatdığı hərbi əməliyyatlar üçüncü gündür uğurla irəli aparılır.


Story Code: 183598

News Link :
https://www.islamtimes.org/az/news/183598/suriya-ordusu-hələbi-silahlı-müxaliflərdən-təmizlədi

Islam Times
  https://www.islamtimes.org