QR CodeQR Code

İsrail baş naziri İrana qarşı hərbi hücum çağırışları edib

İslamtimes , 31 Jul 2012 23:08

İslamtimes - İsrail baş naziri Benyamin Netanyahu İslam Respublikasına qarşı sanksiyaların nəticə verməyəcəyi təqdirdə Tehranı hərbi hücumla təhdid edib.


islamtimes.org/az/ - Şənbə günü Netanyahu ABŞ prezidentliyinə namizəd Mitt Romey ilə görüşündə deyib: “Düzünü desək İran nüvə enerji proqramına qarşı tətbiq edilən sanksiya və siyasət bir addım da olsun Tehranın geri addım atmasına səbəb olmadı.”

Netanyahu daha sonra deyib: “Vəziyyəti dəyişmək üçün bizim sanksiyalarla yanaşı hərbi hücum xəbərdarlıqlarına da ehtiyacımız var.”

İsrailin gündəlik Haarez qəzetinin verdiyi məlumata görə 2 həftə bundan qabaq Tel Əvivə səfər edən ABŞ-ın Milli Təhlükəsizlik üzrə məsləhətçi Tom Donilon Tehran və 6 ölkə arasında olan danışıqlar nəticə verməyəcəyi təqdirdə İrana hücum haqda Netanyahuya qısa məlumat vermişdir.

Adının anonim saxlanılmasını istəyən ABŞ rəsmisinə istinadən verilən məlumata görə Donilon İsrail baş nazirini əmin edərək bildirib ki, nəhayətdə danışıqlar nəticəsiz başa çatacaq və bu zaman hərbi hücum qaçılmaz olacaq.

İran dəfələrlə ona qarşı olan ittihamları rədd etmiş və bildirmişdir ki, mümkün olan hər bir hücuma İran ölümcül cavab verəcək.


Story Code: 183891

News Link :
https://www.islamtimes.org/az/news/183891/israil-baş-naziri-irana-qarşı-hərbi-hücum-çağırışları-edib

Islam Times
  https://www.islamtimes.org