QR CodeQR Code

QUM ŞƏHƏRİ: AZƏRBAYCANLI TƏLƏBƏLƏR

11 Jan 2010 16:08

Ötən gün Qumda təhsil alan Azərbaycanlı tələbələr şam namazından sonra tədbir keçirmişlər.


Azərbaycan respublikasında son zamanlarda anti-İslam fəaliyyətlərə etiraz əlaməti olaraq keçirilmiş bu tədbirdən 100-dən artıq Azərbaycanlı tələbə iştirak etmişdir.

Təşkil edilmiş tədbir mübarək Quran ayələrinin oxunuşu ilə başlamış sonra isə məhərrəmlik ayında Azərbaycanda öz dini vəzifəsini yerinə yetirərkən təzyiqlərə məruz qalmış tələbələrin adından çıxış edilmişdir.

Daha sonra isə NMR vətəndaşlarından olan bir tələbə son zamanlar Bənənyar kəndində baş vermiş hadisələr barədə tələbələr qarşısında çıxış etmiş və bu kənddə möminlərə qarşı törədilmiş haqsızlıq barədə danışılmışdır.

Mərasimin sonunda Qumda təhsil alan bütün Azərbaycanlı tələbələr adından son zamanlarda Azərbaycan respublikasında məxsusən NMR da anti-İslam hərəkətlərini tənqid etmək məqsədi ilə Bəyanat oxunulmuş və təsdiq əlaməti olaraq bəyanatın sonunda bütün tələbələr “Allahu əkbər- Allahu əkbər- Allahu əkbər” deyərək sədalarını ucaltmışlar.

İslamTimes
Redaksiya ilə əlaqə ünvanı: infoaz@islamtimes.org
Materialdan istifadə edərkən, “İslamTimes”-a istinad zəruridir.


Story Code: 18390

News Link :
https://www.islamtimes.org/az/news/18390/qum-şəhəri-azərbaycanli-tələbələr

Islam Times
  https://www.islamtimes.org