0
Monday 11 January 2010 - 16:32

QUM ŞƏHƏRİNDƏ TƏHSİL ALAN AZƏRBAYCANLI TƏLƏBƏLƏRİN BƏYANATI

Story Code : 18391
QUM ŞƏHƏRİNDƏ TƏHSİL ALAN AZƏRBAYCANLI TƏLƏBƏLƏRİN BƏYANATI
Bismillahir-Rəhmanir-Rəhim
“Onlar Allahın nurunu (islam dinini) öz ağızları (öz iftiraları və şər sözləri) ilə söndürmək istəyirlər. Allah isə - kafirlərin xoşuna gəlməsə də, öz nurunu (dinini) tamamlayacaqdır.”
                                                                                             (Staff surəsi, ayə 8)

Naxçıvan hadisələrilə bağlı Qum şəhərində təhsil alan Azərbaycanlı tələbələrin
                                              BƏYANATI

Son dövrlərdə Azərbaycan Respublikasında İslam dininə qarşı təzyiqlər kütləvi hal alıb, televiziya kanallarında dini məzmunlu verlişlərin bağlanması, ardınca dini ədəbiyyata qoyulan qadağalar, xaricdə dini təhsil alan müsəlmanların dini tədbirlərdə iştirakının qadağan edilməsi, bir-birinin ardınca bir neçə məscidin qapadılması və bir neçəsinin də yerlə yeksan edilməsi, fəal dindarların və dini tələbələrin müntəzəm olaraq əsasız şəkildə hüquq mühafizə orqanlarına çağırılması. Onların daim təqiblərə məruz qalması, onlarla cinayətkar ünsür kimi davranılması, bunula da ruhani tələbələrin cəmiyyətindəki ictimai mövqeyi və imicinə xələl yetirilməsi və s... bu kimi tədbirlərlə dindar vətəndaşların Konistitusiya hüquqlarının kobud şəkildə pozulması halları ölkədə dini azadlığı ciddi zərbə altına alıb və artıq bir normativə çevrilmişdir.

Ölkənin hər yerində dini tələbələrə qarşı yersiz qadağalar, dini mərasimlərin keçirilməsinə edilən maneələr və islami dəyərlərimizə qarşı mənfi təbliğatlar artıq bir qədər də dərinləşib və bütün hədləri aşmışdır.

İndi də yüzillərdən bəri xalqımızın böyük şövqlə qeyd etdiyi “AŞURA” mərasimlərinə qarşı dövlət orqanlarının kobud müdaxilələri müşahidə olunmaqdadır. Bu hal xüsusilə Naxçıvanda bu il keçirilən “AŞURA” mərasimində bariz şəkildə özünü göstərib.

Belə ki, Naxçıvan rəhbərliyi xalqımızın yüzillərdən bəri qeyd etdiyi “AŞURA” mərasimlərinin izdihamla keçirilməsinin qarşısının alması isytiqamətində müxtəlif addımlar atıb və artıq bir ənənə olaraq bütün dövlət orqanlarına tapşırıq verilib ki, Muxtar Respublika ərazisində “AŞURA” məclislərinin izdihamla keçirilməsinə yol verilməsin. “AŞURA” ərəfəsində din xadimləri, ruhani tələbələr və aktivliyilə seçilən dindarlar hüquq mühafizə orqanlarına çağrılıb və onlara müvafiq xəbərdarlıqlar edilib. Bu il “AŞURA” bazar gününə təsadüf etdiyindən, hətta məktəblərdə belə rəsmi dərs günü elan edilib və məktəblilərə mərasimlərə qatılmaq qadağan edilib.

Dövlət orqanları tərəfindən ciddi qadağalara rəğmən, bu il NMR da “AŞURA” mərasimləri böyük izdihamla keçirilib. Bu isə dövlət orqanlarını bərk rahatsız edib. Hüquq mühafizə orqanlarına mərasimlərdə aktivlik nümayiş etdirənləri cəzalandırmaq və bu yolla əhalinin gözünü qorxutmaq göstərişi verilib.

Mərasimlərin daha böyük izdihamla qeyd edildiyi yaşayış məntəqələrində polisin xüsusi canfəşanlığı müşahidə olunub. Bu arada Culfa rayonunun Bənənyar kəndində ciddi insident baş verib. Belə ki, Culfa rayon polis şöbəsinin bir qrup əməkdaşı dekabrın 27-də kənddə keçirilən “AŞURA” mərasiminə müdaxilə edib, nəticədə kənd camaatı ilə polis arasında ciddi qarşıdurma yaranıb. Həbs edilənlər və yaralananlar olub. Hətta bir gənc atasının döyülüb, həbsə alınmasına etiraz əlaməti olaraq, özünü yandırıb.

Son hadisələrlə bağlı Bənənyar kəndinə çoxlu sayda polis və Daxili qoşun yeridilib. Kənddə elan olunmamış hərbi vəziyyət höküm sürüb və dövlət orqanları yerli əhalinin ayağa qalxmasından təşvişə düşüb.

Kəndə giriş və çıxış, hətta bütün telefon xətləri ciddi nəzarət altına alınıb. Aktivliyi ilə seçilən 100-dən artıq kənd sakini evlərindən zorakılıqla polis şöbəsinə aparılıb. Buna etiraz edən ailə üzvlərinə, hətta qadın və kiçik yaşlı uşaqlara belə kobudluq edilib və çoxlu sayda günahsız şəxs dəyənəklə döyülüb.

Polis idarəsinə göstəriş verilib ki, hadisə ilə bağlı hər hansı bir informasiyanın kənara çıxmasına yol verilməsin. Kənd əhalisinin gözünü qorxutmaq məqsədilə yanvarın 5-i bulduzerlə bir neçə ticarət və iaşə obyekti sökülüb və hətta bir neçə yaşayış evinin eyvaları da dağıdılıb.

Hüquq mühafizə orqanları əzəmətli “AŞURA” keçirmiş Bənənyar kənd sakinlərini cəzalandırmaq və gələcəkdə izdihamlı mərasimlər keçirməkdən çəkindirmək məqsədilə belə vəhşicəsinə hərəkətlərə əl atıb, “AŞURA” gününün ülviliyinə hörmətsizlik nümayiş etdirib vətəndaşların dini heysiyyatı kobud şəkildə təhqir olunub.

Torpaqları işğal altında olan dövlətin güc strukturları işğal altında olan Qarabağda bir kəndə belə qoşun yeritməyə cəsarət etmədiyi və 15 ildi erməni işğalçıları və cəlladları ilə görüşlər keçirib, şirin-şirin söhbətləşdiyi halda, öz günahsız vətəndaşlarımıza qarşı amansızlıq nümayiş etdirilir.

Görəsən bunu edənlər günahsız müsəlman bənəniyarlılarla erməni işğalçılarını səhv salıblar, yoxsa bu elə məqsədyönlü həyata keçirilən vandalizmdir?!

İslam və müsəlman dindarlara qarşı bu çirkin siyasət bu günədək məmur özbaşnalığı xarici dövlətlərin planları və s... kimi dəyərləndirib və ümid edilib ki, ölkə rəhbərliyi bu halların qarşısını alacaq.

Amma şahid olduğumuz kimi, bu hallar getdikcə daha qabarıq forma alır və məzmun etibarilə daha da sərtləşir. Artıq şübhə yeri qalmır ki, bütün bunlar ölkə rəhbərliyinin yüksək dairələrindən idarə olunan anti-İslam kompaniyasıdır!

Biz Qum şəhərində təhsil alan Azərbaycanlı tələbələr ölkədə islama, inanclı vətəndaşlarımıza qarşı həyata keçirilən repressiyalara, xüsusilə “AŞURA” mərasimlərilə bağlı Naxçıvandakı son vəhşiliklərə qarşı öz kəskin etirazımızı bildirir, bu halları dindar əhalinin dövlətə qarşı qoyulması cəhdi kimi dəyərləndirir və dövlət rəhbərliyindən tezliklə dinimizə qarşı həyata keçirilən bu düşmənçilik siyasətinə son qoymağı tələb edirik. Gəlin qüvvətlərimizi birləşdirib torpaqlarımızı işğal etmiş erməni təcavüzkarlarına qarşı yönəldək!

Allah xalqımızı bir ovuc zülmkarın şərrindən qorusun.
                                                                                        
                                                                                                                   Qum, 10 yanvar 2010-cu il.

İslamTimes
Redaksiya ilə əlaqə ünvanı: infoaz@Islam times.org
Materialdan istifadə edərkən, “İslamTimes”-a istinad zəruridir.
Comment