0
Wednesday 1 August 2012 - 02:08

Britaniya Əliyevin ölkəyə gəlişinə etiraz edir

Story Code : 183920
Əliyev - Britaniya
Əliyev - Britaniya
(azadliq.info) Bir neçə gün öncə “The İndependent” qəzetində turnirin açılış mərasiminə qatılan ölkə başçılarından bəziləri söz azadlığı və insan haqlarını pozduqlarına görə sərt tənqid olunmuşdu. Demokratik ölkə başçıları bir qrupda, avtoritar liderlər isə başqa bir qrupda göstərilmişdi. Olimpiya Oyunlarını izləmək üçün Londona yollanan Azərbaycan rəhbəri Bəhreyn və Ruandanın despot rəhbərləri ilə eyni sıraya salınmışdı.
Bu dəfə isə Britaniyanın nüfuzlu qəzetlərindən biri “The Express” 2012-ci il London Yay Olimpiya Oyunlarını izləmək üçün Britaniya paytaxtına yollanan “fəxri qonaqlar”ı hədəf alıb. Qəzet “London 2012: İnsan haqlarını pozanlar, vergidən yayınanlar və fırıldaqçılar xoş gəlmişsiniz” başlıqlı məqaləsində yazır ki, Böyük Britaniya qırmızı xalılar üzərində korrupsioner məmurlar və xarici ölkə diktatorlarını salamlayır: “Milyonlarla funt fırıldaqçılar və siyasətçilərin VİP istirahətinə sərf olunacaq. Onlar dəbdəbəli mehmanxanalarda yerləşdiriləcək və şəxsi avtomobil və sürücü ilə təmin olunacaqlar”.
“The Express” kəskin tənqidlər fonunda əlavə edir ki, hüquq müdafiəçiləri və adi insanlar Azərbaycanın rəhbərinin də ölkəyə gəlişinə etiraz edirlər. Qəzet daha sonra yazır ki, “Human Rights Watch” və digər beynəlxalq insan haqları təşkilatları Əliyevin söz azadlığına dəhşətli münasibətindən narahatdır: “Onun rəhbərlik etdiyi ölkədə 6 jurnalist uydurma ittihamlarla həbsdədir. Onlarla müxalifət fəalı da dəmir barmaqlıqlar arasına salınıb. Bir neçə ay öncə reportyor İdrak Abbasov peşə borcunu yerinə yetirərkən Dövlət Neft Şirkətinin əməkdaşları tərəfindən huşunu itirənə qədər döyülüb. Azərbaycan bu ilin mayında ”Eurovision" musiqi yarışmasına ev sahibliyi edib, olimpiadaya da iddialıdır. Bu ölkədə hüquq-mühafizə orqanlarının əməkdaşları təzyiq aparatının fəallarıdır". /HaqqYolu/
Comment