0
Wednesday 1 August 2012 - 17:17

“Suriyanın (qərəzli) dostları” fəal komandanlarını itirdi

Story Code : 184065
“Suriyanın (qərəzli) dostları” fəal komandanlarını itirdi
“Suriyanın (qərəzli) dostları” fəal komandanlarını itirdi
Ərəb diktatorları ilə əl-ələ verib Bəşar Əsəd hakimiyyətini devirməyə qərar vermiş ABŞ, Qərb dövlətləri, İsrail və Türkiyə Hələbdə gedən döyüşlərdə ən tanınmış komandanlarını itiriblər. Yüksək hərbi hazırlıq keçmiş 50 terrorçunun bir əməliyyatda məhvi Suriya ordusunun vəziyyəti nəzarətə götürdüyündən xəbər verir.

“IslamTimes” xəbər verir ki, terrorçu qruplaşmalar ordunun ciddi hücumları qarşısında itki verərək geri çəkilir. Amma bəzi məntəqələrdə döyüşlər hələ də qızğın gedir. Terrorçuların bəzi məntəqələrdə geri çəkilməməsinin əsas səbəbi mülki əhalidən canlı sipər yaratmalarıdır. Bu canlı sipərlər terrorçulara qarşı əməliyyatı çətinləşdirir.

Ötən gün cəbhədən gələn xəbərlərə görə terrorçu qruplaşmalardan təşkil olunmuş “Azadlıq Ordusu” Xalid Damuq adlı əsas komandanlarından birini itirib. Suriya ordusu təkcə ötən gün terrorçuların 9 hərbi maşınını məhv edib. Əl-Saxur, Əl-Şar, Seyfud-Dövlə məntəqələrində ağır topların səsi eşidilir. Müxaliflər Suriya ordusunun hərbi vertolyotlardan istifadə etdiyini bildirir. Terrorçu qruplaşmaların başqa bir komandanı Zeyn Məhəmməd Ləbabidinin ölüm xəbəri müxalif cəbhədə çaxnaşma yaradıb. Əhali ilə terrorçular arasında gedən döyüşlərdə Əl-Meysər məntəqəsində su mənbələri əhali tərəfindən ələ keçirilib. Əməliyyatda 13 terrorçu qətlə yetirilib.

Qətlə yetirilmiş terrorçular naməlum istiqamətdə daşınır. Cəsədləri daşıyan maşınlar arasında bir neçəsi yanmış vəziyyətdə tapılıb. Terrorçuların tanınmış nümayəndələrindən olan Məhəmməd Fransa müxbirinə bildirib ki, inqilab davam etdikcə daha çox itki veririk və bizə kömək edən yoxdur. Suriyanın “Əl-Acil” qərargahından verilən xəbərə görə Həmdaniyyə məntəqəsində terrorçulara ağır zərbə endirilib və bu məntəqə azad edilib.

Babul-Neyrəb məntəqəsində terrorçular polis məntəqəsinə hücum edərək polisləri qətlə yetirib. ArabPress bildirir ki, terrorçular ordunun nəzarətindən yayınaraq öz vəhşiliklərini davam etdirirlər. Hələbdə təkcə hərbi məhkəməyə 11 terrorçu soxularaq mülki əməkdaşları qətlə yetiriblər. Binaya hücum edənlər həbs edilib. Onların əksəriyyəti suriyalı deyil. Ötən gecə terrorçular Səlahəddin məntəqəsinə soxulmaq istəsələr də ordunun zərbələri altında geri çəkilib, sonda mühasirəyə düşüblər.

Terrorçu qruplaşmaların verdiyi məlumatlara əsasən bu qrupların geri çəkilməsi taktiki gedişdir. Hansı ki, itkilər Azadlıq Ordusunun açıq-aşkar məhvə getdiyini göstərir. Özünü dövlətə zidd qüvvələr adlandıran mənbələr bildirir ki, əhali arasında ordu ilə vuruşanlar da var. Təbii ki, əhali arasında muzdurların olması mümkündür. Hava limanına gedən yolda qurulmuş posta hücum nəticəsində 6 suriyalı qətlə yetirilib. Homsdə 3 terrorçunu qətlə yetirən dövlət qüvvələri arasında bir döyüşçü yaralanıb. Özünü müxtəlif adlarla adlandırmış terrorçu qruplaşmalar son günlər ağır itkilərlə geri çəkilirlər. Onlar bu ağır vəziyyətdə vəd olunmuş dəstəyi almadıqlarını bildirirlər. Ordu bir əməliyyatda Livanla sərhəddə mərkəzləşmiş terrorçuları məhv edib. Son məlumata görə terror qruplaşmalarının əsas komandanlarından olan Fəvaz əl-Məhavəş qətlə yetirilib.

"IslamTimes" - Tərcümə şöbəsi
Comment