QR CodeQR Code

İslami Oyanış ABŞ-ın təsir dairəsini daraldıb

İslamtimes , 1 Aug 2012 14:28

İslamtimes - İran hərbi qüvvələrinin komandiri deyib ki, regionda baş verən İslami Oyanış hərakatı ABŞ-ın geosiyasi təsir dairəsini daraldıb.


islamtimes.org/az/ - Iranın Şahrud şəhərində hərbi qüvvələr qarşısında çıxış edən briqada generalı Əhməd Rza Purdəstan deyib: “Amerikalılar inanırlar ki, bu oyanış hərakatları İran İslam İnqilabından ilham alaraq baş verir və bu səbəbdən də onlar ölkəyə qarşı sanksiyaları artırırlar.”

O daha sonra vurğulayaraq bildirib ki, düşmənlər bu cür tədbirlər görməklə İslami hökumət ilə xalq arasında ayrılıq salmaq istəyirlər.

Komandir deyib: “Onlar ölümcül sanksiyalar haqqında danışıq aparırlar və bu vasitə ilə də hakimiyyəti dəyişmək istəyirlər.”

O həmçinin Suriyadakı böhrana işarə etmiş və demişdir ki, düşmənlər Suriyaya təziq etməklə müqavimət cəbhəsini qırmaq və beləliklə də İrana yaxınlaşmaq istəyirlər.

Mövcud hədələrə və qlobal vəziyyətə istinad edən Briqada Generalı Purdəstan deyib ki, hərbi qüvvələrin ölkənin sərhd boyu ərazisində yenidən təşkili və tənzimlənməsi ölkənin maraqlarına xidmət edir.


Story Code: 184067

News Link :
https://www.islamtimes.org/az/news/184067/islami-oyanış-abş-ın-təsir-dairəsini-daraldıb

Islam Times
  https://www.islamtimes.org