0
Wednesday 1 August 2012 - 14:33

Bolqarıstan İsrail əlaqələri gərginləşib

Story Code : 184071
Bolqarıstan İsrail əlaqələri gərginləşib
Bolqarıstan İsrail əlaqələri gərginləşib
Islam times.org/az/ - ABŞ-ın nüfuzlu qəzetlərindən birinin verdiyi məlumata görə Bolqarıstan rəsmilərinin İsrailin İranı İsrail avtobusunun partladılmasında günhakar bilməsi təklifini rədd etdiyi üçün Sofia və Tel Əviv arasında münasibətlər gərginləşib.

18 iyulda Bolqarıstanın cənubunda İsrail turistlərini daşıyan avtobusun partlaması nəticəsində ən azı 7 nəfər həlak olmuş və otuz nəfər isə yaralanmışdır.

Məlumatda həmçinin deyilir ki, Bolqarıstan rəsmiləri partlayışın kimlər tərəfindən həyata keçirildiyi haqda ictimaiyyətə açıqlama verməyib.

İran İsrailin partlayışın arxasında İranın durduğu iddiaların qəti şəkildə rədd edərək demişdir ki, partlayışın arxasında Tel Əvivin özü durur.

İran xarici işlər nazirliyinin sözçüsü Ramin Mehmanpərəst dünyanın hər bir yerində baş verən terro aktlarını pisləmiş və Bolqarıstanda baş verən partlayışda İranın əli olmadığını bildirmişdir.
Source : İslamtimes
Comment