QR CodeQR Code

Libermanın Putinə etirazı hansı səbəbə görə oldu?

İslamtimes , 1 Aug 2012 16:17

İslamtimes - Rusiyanın Dövlətə yaxınlığı ilə tanınan Ərəb və İngilis dilində veriliş yayımlayan Russia Today telekanalının apardığı siyasət Libermana xoş gəlməyərək, Putinə bu haqda etiraz edib.


islamtimes.org/az/ - Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda İsrailə səfər etmişdir. Bu səfər zamanı sionist xarici işlər naziri Aviqdor Liberman Vladimir Putinə bir məsələdə etiraz edib.

Rusiyanın Dövlətə yaxınlığı ilə tanınan Ərəb və İngilis dilində veriliş yayımlayan Russia Today telekanalının apardığı siyasət Libermana xoş gəlməyərək, Putinə bu haqda etiraz edib. Etiraza səbəb isə, bu yaxınlarda Hizbullah lideri Həsən Nəsrullahın bu kanala verdiyi müsahibə olub.

Sionistlərin dediklərinə əsasən, sözü gedən telekanal anti-israil siaysəti aparmaqdadır. Liberman Putinə bildirib ki, telekanala təsir göstərsin və bu telekanal İsrailə qarşı qərəzli çıxışlar həmçinin verilişlər hazırlamasın. Liberman telekanal əməkdaşları ilədə söhbətlər aparıb. Amma onlar göstərişləri ondan deyil Rusiyadan aldıqlarını bildiriblər. Bu məlumatı sionist mənbələri təsdiqləyiblər.


Story Code: 184105

News Link :
https://www.islamtimes.org/az/news/184105/libermanın-putinə-etirazı-hansı-səbəbə-görə-oldu

Islam Times
  https://www.islamtimes.org