0
Thursday 2 August 2012 - 11:23

ABŞ böyük təhlükə ilə üz-üzə

Story Code : 184292
ABŞ böyük təhlükə ilə üz-üzə
ABŞ böyük təhlükə ilə üz-üzə
APA-nın məlumatına görə, ABŞ Kənd Təsərrüfatı Nazirliyi 12 ştatın 218 yaşayış məntəqəsini fəlakət bölgəsi elan edib. Rəsmi hesablamalara görə, quraqlıq səbəbilə ölkədə soyakimilərin istehsalı 37 faiz aşağı düşüb. Bu ay ölkədə qarğıdalı istehsalı da 20 faiz azalıb. Quraqlıq ümumilikdə 3 milyon 800 min hektar ərazini əhatə edir. Vəziyyət belə davam edərsə, ölkədə əsas kənd təsərrüfatı məhsullarının qiymətinin 4-5 faiz bahalaşacağı gözlənilir. Ekspertlər ABŞ-da süd və ət məhsullarının qiymətinin artmasının digər ölkələrə də təsir edəcəyini proqnozlaşdırır. Quraqlıqdan zərər çəkmiş fermerlərin 85 faizinə dəymiş ziyanı sığorta şirkətləri ödəyəcək.
Comment