0
Friday 3 August 2012 - 10:12

Çin ABŞ-a xəbərdarlıq etdi

Story Code : 184524
Çin ABŞ-a xəbərdarlıq etdi
Çin ABŞ-a xəbərdarlıq etdi
ABŞ-ın dünya ölkələrində din azadlığı ilə bağlı yaydığı hesabata Çin dövlətindən sərt reaksiya gəlib. Çinin Xarici İşlər Nazirliyi, ABŞ-ın ölkədəki dini durumla bağlı yaydığı hesabatı birmənalı rədd edib. Nazirliyinin sözcüsü Honq Lei, Çinin dini siyasət və ölkədəki dini azadlıqlarla bağlı vəziyyətinin obyektiv və tərəfsiz qiymətləndirməsinin lazım olduğunu açıqlayıb.

Qeyd edək ki, Çin dövlətinin vətəndaşlarının inanc azadlığını qanunlar çərçivəsində qoruduğunu ifadə edən Honq Lei, ölkədəki fərqli millətlərin inanc azadlığının təmin olunduğunu bildirib. "ABŞ Çinin daxili işlərinə müdaxilə etmək üçün dini məsələləri istifadə edir. Bu yanaşma, ikili əlaqələrə zərər verəcək və düşünürük ki, buna son qoymaq lazımdır"-deyə nazirlik rəsmisi əlavə edib. /Faktxeber/
Comment