0
Friday 3 August 2012 - 13:21
NETANYAHU İLƏ PANETTANIN İRAN MÜZAKİRƏSİNİN TAM MƏTNİ:

Netanyahu: İrana verilən vaxt bitmək üzərədir

Story Code : 184537
Netanyahu: İrana verilən vaxt bitmək üzərədir
Netanyahu: İrana verilən vaxt bitmək üzərədir
Islam times.org/az/ - Avqust ayının 1-ində sionist İsrailin baş naziri Binyamin Netanyahu, ABŞ-ın müdafiə naziri Leon Panettanı öz iqamətgahında qəbul edib. Görüş zamanı əsas priaritet mövzu İranın nüvə məsələsi olub. Netanyahunun İran haqda söylədiyi fikirləri olduğu kimi sizlərə təqdim edirik:

Netanyahu:
"Əvvəla mən sizə, prezident Obamaya və Konqresə, İsrail ilə ABŞ arasında əlaqələrin möhkəmlənməsinə görə edilən səylərə görə təşəkkür edirəm. Bu görüş zamanı biz bölgə ətrafında baş verən hadisələri və başlıca prioritet məsələ olan İranın nüvə məsələsini müzakirə etmək imkanı əldə etmişik. İran beynəlxalq terrorun başlıca maliyə mənbəyidir. Buna görə, dünyanın ən qorxulu rejiminin əlinə qorxulu silahın keçməsinə heç bir vəchlə imkan verməməliyik. Sanksiyaların İranın maliyyə sektoruna ciddi təsirlər göstərib. Biz bunun şahidiyik. Konqres prezidentinin təsdiqlədiyi yeni sanksiyalar İranın ekonomik cəhətdən inkişafına əngəllər törədəcəkdir. Amma indiyə qədər tətbiq edilən sanksiyalara baxmayaraq, İran İslam Dövləti öz nüvə məsələsini dayandırmadı və sanksiyalar İranın nüvə silahına malik olmasının qarşısında sipər ola bilmədi. ABŞ və İsrail bu məsələ ətarfında baş verən istənilən dəyişiliklərə hazırdır. Bir neçə ay bundan qabaq siz özünüz bildirmişdiniz ki, əgər tətbiq edilən sanksiyalar İrana təsir etməsə, o zaman ciddi qərarlar qəbul ediləcəkdir. Bizlərin bütün səylərinə baxmayaraq İran bizim hədələrimizi boşa sayaraq öz işini davam etdirdi. İran bizim xəbərdarlıqlarımıza artıq inanmamağa başladı. İslam Dövləti bütün deyilənlərin boş söz olduğunun qənaətindədir. Nüvə məsələsinə görə təklif edilmiş sülh yolu variantının vaxtı bitmək üzərədir. Məhz elə buna görə mən bugün sizinlə İranın nüvə məsələsini və qeyri-sabit olan bölgəmizin digər məsələlərini müzakirə edirəm. Cənab Panetta! mən bu məsələni müzakirə etmək üçün sizə alternativ görmədiyim üçün elə məhz sizinlə bunu müzakirə edirəm."

ABŞ müdafiə naziri Leon Panetta:
Mən üçüncü dəfə sizinlə görüşərək bu həssas məsələləri müzakirə etdiyim üçün məmnunam. Məndə İsrail və ABŞ qarşısında maneə olan məsələləri müzakirə etmək üçün əlverişli məqamın olduğu qənaətindəyəm. Mən öz adımdan sizə Bolqariyada baş verən terror hadisəsinə görə dərin hüzünlə baş sağlığı verirəm. Amerika xalqı sizinlə dərdinizi bölüşür. Mən iki dövlət arasında yaranmış hərbi əməkdaşlıqla fəxr edirəm. Mən Ərəb Baharının baş verdiyi Tunisdən gəlirəm. Və Misirə səfər etmişəm. İsraildən sonra isə İordaniyaya səfər edəcəm. İsrail və Amerika Suriya həmçinin İran məsələsinə görə eyni narahatlığı çəkir. Yerusəlimə (Qüdsə) gələndə Ehud Barakla "Dəmir Qübbəni"-nin necə fəaliyyət etdiyinə tamaşa etdim. Bu Qübbə insanların taleyini xilas edir. Mən hər iki tərəfin əməkdaşlığından fərəh hissi duyuram."

P.S. Bu sözlər və belə müzakirələr müsəlman siyasətçilərinə bəs etmirmi, kimin kim olduğunun fərqinə varsınlar? Görən Fələstin məzlumlarına guya arxa duran Türk rəsmiləri Fələstinə qarşı birləşən bu iki cinayətkar dövlətlə nə etmək istəyir? Heç bir şey. Əgər tədbir görən olsaydılar Qəzza əsarətdən qurtulardı. Demək indiyə qədər deyilənlər sadə sözlərdən savayı bir şey deyildir.
Source : İslamtimes
Comment