QR CodeQR Code

Etirazçılar ABŞ-ın Yəmənin daxili işlərinə qarışmasını tənqid edib

İslamtimes , 3 Aug 2012 15:53

İslamtimes - Yəmənli etirazçılar Taiz şəhərinin cənub qərbində ABŞ-ın ölkənin daxili işlərinə qarışmasına etiraz əlaməti olaraq küçələrə axışıblar.


islamtimes.org/az/ - Nümayişçilər Vaşinqtonun müdaxiləsinə qarşı tənqidi şüarlar səsləndiriblər.

Etirazçılar həmçinin ABŞ və İsraili Ərəb dünaysına hökmranlıq etmək istəklərinə görə tənqid ediblər.

Onlar Yəmən ordusunun yenidən qurulmasına və sabiq diktator Əli Abdullah Saleh və onun əməkdaşlarının mühakimə olunmasını tələb ediblər.

Keçən həftə insanlar paytaxt Sanada həbs edilən nümayişçilərin azad edilməsi tələbi ilə nümayişlər keçiriblər.

Saleh 2012-ci ilin fevralında hökuməti rəsmi şəkildə Vitse Prezident Abdrabuh Mansura təhvil vermişdir.

Böyük Britaniyada təlimlər keçmiş Yəmənin yeni prezidenti 21 fevralda ABŞ və Səudiyyə Ərəbistan tərəfindən dəstəklənən prezident seçkilərində qalib gəlib.


Story Code: 184563

News Link :
https://www.islamtimes.org/az/news/184563/etirazçılar-abş-ın-yəmənin-daxili-işlərinə-qarışmasını-tənqid-edib

Islam Times
  https://www.islamtimes.org