QR CodeQR Code

İsrail hərbi təyyarələri Livan hava məkanını pozub

İslamtimes , 3 Aug 2012 16:09

İslamtimes - İsrail hərbi və kəşfiyyat təyyarələri BMT Təhlükəsizlik Şurasının 1701-ci qətnaməsini pozaraq Livan hava ərazisinə daxil olub.


islamtimes.org/az/ - Livan ordusunun verdiyi məlumata əsasən İsrail kəşfiyyat təyyarələri yerli vaxtla 8:05-də Naquara şəhəri istiqamətində Livan ərazisinə daxil olub.

Təyyarə Livan hava məkanını yerli vaxtla 12:10-da Kəfər Kila şəhərindən tərk edib.
Çərşənbə günü dört İsrail hərbi təyyarələri Livan hava ərazisini pozmuşdur.
İsrail demək olar ki, Livan hava məkanını hər gün pozur.

2009-cu ildə Livan BMT-yə İsrailin Livan hava məkanını pozmasını sübut edən 7000 –dən çox sənəd təqdim etmişdir.

BMT Təhlükəsizlik Şurasının 1701-ci qətnaməsi İsraili Livanın ərazisinə və suverenliyinə hörmətlə yanaşmağa çağırır.


Story Code: 184566

News Link :
https://www.islamtimes.org/az/news/184566/israil-hərbi-təyyarələri-livan-hava-məkanını-pozub

Islam Times
  https://www.islamtimes.org