0
Friday 3 August 2012 - 16:15

Obama üsyançılara yardım nəzərdə tutan gizli fərman imzalayıb

Story Code : 184567
Obama üsyançılara yardım nəzərdə tutan gizli fərman imzalayıb
Obama üsyançılara yardım nəzərdə tutan gizli fərman imzalayıb
Islam times.org/az/ - Röytersin məlumatlı mənbəyə istinad edərək bildirdiyinə görə fərman CİA və digər ABŞ kəşfiyyat idarələrinə Suriya üsyançılarına daha çox yardım etməyə icazə verib.

Obamanın bu fərmanı imzalamağının səbəbi ABŞ və onun müttəfiqlərinin iyul ayının ortalarında BMT Təhlükəsizlik Şurasında Əsəd hökumətinə qarşı sanksiyalar tətbiq etməkdə müvəffəqiyyətsizliyə uğraması oldu.

Ağ Ev bu məsələyə açıqlama verməkdən imtina edib.

ABŞ-dakı məlumatlı mənbənin bildirdiyinə görə gizli qərar əsasında Vaşinqton Türkiyə və onun müttəfiqləri ilə bir yerdə gizli əməliyyatları həyata keçirirlər.

Türkiyə Səudiyyə Ərəbistan və Qətərlə bir yerdə Suriya sərhəddi yaxınlığında Suriya üsyançılarını silah-sursatla təmin etmək üçün gizli baza yaradıblar.

Çərşənbə günü ABŞ Dövlət Departamenti rəsmi şəkildə Suriya müxalifətinə 25 milyon dollar yardım ayırdığını elan edib.
Source : İslamtimes
Comment