QR CodeQR Code

Çin dövlətı müsəlmanlara Ramazan qadağaları tətbiq etdi

İslamtimes , 3 Aug 2012 16:18

İslamtimes - Qadağalar rəsmi surətdə bölgə rəhbərliyinin internet saytında nümayiş olundu.


islamtimes.org/az/ - Çində müsəlmanların əksəriyyətinin yaşadığı və 9 milyon əhalisi olan Sincan Uyğur Muxtar Bölgəsində, Büdpərəst kafir Pekin Dövlətinin istiqamətli təzyiqlərinə daha bir yenisi əlavə olundu. Bölgədə dövlət məmurlarının və şagirdlərin Ramazanda oruc tutması qadağan edildi.

Qadağalar rəsmi surətdə bölgə rəhbərliyinin internet saytında nümayiş olundu. Təlimatnamədə, "Kommunist Partiya kadrlarının, dövlət məmurlarının (əməkdaşları daxil) və şagirdlərin Ramazan ayına xas dini fəaliyyətlərdə olması qadağan edilmişdir" yazılı məqalə verilib.

Təlimatnamədə qadağaların "Ramazan boyunca ictimai sabitliyin təmin edilməsi məqsədiylə gətirildiyi" irəli sürülüb.

Uyğur xalqına qarşı tətbiq edilən "Ramazan məhdudiyyətləri" çərçivəsində şagirdlərin Ramazan boyunca məscidə getmələri qadağan edilib, fitrə və zəkat verilməsinin qarşısı alınıb.

Təmimnamədə ayrıca, Kommunist Partiya liderlərindən, Ramazan boyunca yemək yemələrinin təmin edilməsi üçün yerli rəhbərlik liderlərinə yemək "hədiyyə" etmələri istəndi.

Uyğur bölgəsinin müstəqilliyi üçün mübarizə edən qruplar tərəfindən bu əməllərə etirazla edildi.

Dünya Uyğur Konqresindən edilən bəyanatda bildirilir ki, "bu qadağa Uyğurların (Çinlilərə qarşı) müqavimətini daha da artıracaq. Çin, Ramazanda ibadəti qadağan etdiyi Uyğur xalqına inzibati üsullarla orucunu pozdurmağa çalışır"


Story Code: 184568

News Link :
https://www.islamtimes.org/az/news/184568/çin-dövlətı-müsəlmanlara-ramazan-qadağaları-tətbiq-etdi

Islam Times
  https://www.islamtimes.org