0
Saturday 4 August 2012 - 00:50

Bakı türkmən hakimə rüşvət verib?

Story Code : 184643
Bakı türkmən hakimə rüşvət verib?
Bakı türkmən hakimə rüşvət verib?
Qalmaqalla bağlı müxtəlif iddialar yayılıb. ABŞ-da yayımlanan “The New York Post” qəzeti yayır ki, türkmən hakimin yarışlardan uzaqlaşdırlmasına səbəb rüşvət olub. Meretniyazova rüşvəti isə Ağacan Əbiyev təklif edib. Türkmən hakim rüşvət qarşılığında azərbaycanlı boksçunun zəif çıxışına baxmayaraq onu qalib elan edib.
Nyu Yorkda çıxan "The New York Post" qəzeti Azərbaycanı təmsil edən boksçu ilə əlaqədar qalmaqalda rüşvət ittihamlarının rol oynadığına eyham edir. Qəzet türkmən hakiminin və Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyevin Londondan qovulduğu barədə məlumatla yanaşı keçən il sentyabr ayında BBC televiziyasının yaydığı ittihamları xatırladır. Qeyd edək ki, keçən il BBC televiziyası Azərbaycan tərəfinin London Olimpiadasında iki qızıl medal müqabilində Beynəlxalq Boks Assosiasiyasına 9 milyon dollar pul verdiyinə dair sənədləri yaymışdı. Beynəlxalq Boks Assosiasiyası o zaman ittihamları rədd etmişdi. Lakin mətbuat azərbaycanlı boksçu ilə əlaqədar indi yaşanan qalmaqalın işığında keçən ilki ittihamlara yenidən diqqəti cəlb edir.
Boksçumuz görüşün üçüncü raundunda olduqca zəif çıxış etməsinə baxmayaraq hakimlərin onu qalib etməsindən şübhələnən olimpiya təşkilatçıları və Beynəlxalq Həvəskar Boks Federasiyası görüşdə azərbaycanlı idmançıya qələbə verən türkmənistanlı hakim İşanqulu Meretniyazovu yarışlardan uzaqlaşdırıb. Federasiya həmçinin Ağacan Əbiyevi də yarışların rəsmiləri sırasında çıxarıb.
Maraqlıdır ki, Ağacan Əbiyevin Londondan qovulmasında rol oynayan faktlar haqqında məlumat verilmir, amma bunun ciddi səbəbləri olduğunu deyirlər. (Pia)
Comment