QR CodeQR Code

İraqda bir gün ərzində 11 polis və hərbçi öldürülüb

4 Aug 2012 10:41

IslamTimes - İraqda ötən gün ərzində baş verən zorakılıq halları nəticəsində ən azı 11 təhlükəsizlik əməkdaşı ölüb, onlarla insan yaranıb.


İlk insident Huluyah şəhərində baş verib. Yol kənarına quraşdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində 4 iraq hərbçisi ölüb.

Baqua şəhərində isə silahlılar polislərə atəş açaraq 4 təhlükəsizlik qüvvələri əməkdaşını qətlə yetiriblər.

Paytaxt Bağdad da ötən günü insidentsiz keçirməyib, şəhərin qərbində Əbu-Qreyb məntəqəsi yaxınlığında silahlılar iki polis əməkdaşını öldürüblər.

Son insident isə paytaxtın şimalında Vəziriyyə məntəqəsində qeydə alınıb. Ölkənin daxili işlər nazirliyindən verilən məlumata görə silahlılar polislərə hücum edərək bir nəfəri qətlə yetiriblər.

Qeyd edək ki, avqustun ilk günləri ərzində iraqda baş verən zorakılıq halları nəticəsində İraqda 50 nəfər ölüb, onlardan 37-si təhlükəsizlik qüvvələri əməkdaşıdır.


Story Code: 184750

News Link :
https://www.islamtimes.org/az/news/184750/iraqda-bir-gün-ərzində-11-polis-və-hərbçi-öldürülüb

Islam Times
  https://www.islamtimes.org