0
Saturday 4 August 2012 - 17:24

Türkiyədə 56 general və admiral istefaya göndərilib

Story Code : 184883
Türkiyədə 56 general və admiral istefaya göndərilib
Türkiyədə 56 general və admiral istefaya göndərilib
APA-nın məlumatına görə, buna səbəb orduda həmin general və admiralların rütbələrinə uyğun vəzifələrin olmaması və orduda xidmət üçün müəyyən olunmuş maksimum yaş həddinin çatmasıdır. Ali Hərbi Şuranın qərarı ilə 29 general və admiralın rütbəsi artırılıb, 47 polkovnikə general və admiral rütbəsi verilib, 33 general və admiralın hərbi xidmət dövrü bir il uzadılıb. Şuranın digər qərarı ilə Qalib Mendiyə ordu generalı rütbəsi verilib və o 2-ci orduya komandan təyin olunub. Şura “İnternet andıcı” adlanan cinayət işi üzrə haqqında həbs qərarı çıxarılan, lakin hazırda Gülhanə Hərbi Tibb Akademiyasında həkim nəzarətində olan general Nüsrət Taşdelerin Ali Hərbi Şuranın üzvlüyündən çıxarılması barədə tələbi rədd edib.
Comment