0
Sunday 5 August 2012 - 04:40

“İran Fateh-110” raketinin dördüncü nəslini sınaqdan keçirib”

Story Code : 184987
“İran Fateh-110” raketinin dördüncü nəslini sınaqdan keçirib”
“İran Fateh-110” raketinin dördüncü nəslini sınaqdan keçirib”
APA-nın məlumatına görə, bu barədə İranın müdafiə naziri Əhməd Vahidi açıqlama verib.

O bildirib ki, raket İran Müdafiə Sənayesi Qurumu tərəfindən uğurla sınaqdan keçirilib: “Bu nailiyyət yerli alimlərin əməyi ilə əldə edilib. Uzaqdan idarə edilən sistemlərin yeni texnologiyası ilə təchiz olunan və uzun məsafəli hədəfləri məhv edə bilən bu raket dənizdə və qurudakı hədəfləri, o cümlədən də düşmənin toplandığı məkanları, komandanlıq mərkəzlərini, anbarlarını və radarları vuraraq məhv etmək qabiliyyətinə malikdir”.

Ə. Vahidi əlavə edib ki, İranın Müdafiə Nazirliyi tərəfindən istehsal ediləcək bu raketlər müdafiə doktrinası çərçivəsində ölkənin mənfəətini təhdid edən ölkələrə qarşı istifadə ediləcək.
Comment