QR CodeQR Code

Davudoğlu İraq sərhədini pozub!

HaqqYolu , 5 Aug 2012 05:14

IslamTimes - Öncə də xəbər verdiyimiz kimi Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun İraq hakimiyyəti ilə razılaşdırılmadan Kərkük vilayətinə səfəri rəsmi Bağdadın etirazına səbəb olub. Bu Ankaraya ünvanlanan etiraz notası ilə nəticələnib.


CNN Türk xəbər verir ki, Türkiyənin İraqdakı səfiri Yunus Dəmirər bu ölkəni Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə Davudoğlunun İraq rəsmilərinin razılığı olmadan Kərkük vilayətinə səfəri ilə bağlı narazılıq bildirilib.

Öz növbəsində İraqın Ankaradakı səfiri Kabil Əl-Tabih də Türkiyə Xarici İşlər Nazirliyinə çağrılıb və ona nota təqdim olunub. Notada bildirilir ki, Türkiyə təxribat xarakterli addımlar atmır, dövlətin siyasəti şəffafdır və gizli planları yoxdur.


Story Code: 184989

News Link :
https://www.islamtimes.org/az/news/184989/davudoğlu-iraq-sərhədini-pozub

Islam Times
  https://www.islamtimes.org