QR CodeQR Code

Türkiyədə vəziyyət gərginləşir

5 Aug 2012 12:39

IslamTimes - Türkiyənin Hakkari bölgəsində PKK terrorçuları ilə yaranmış silahlı qarşıdırmada Türkiyə Silahlı Qüvvələrinin 6 əsgəri və 2 polis nəfəri şəhid olub.


APA-nın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Hakkaridə yerləşən hərbi hissəyə PKK terrorçuları 3 tərəfdən hücum ediblər.
Silahlı qarşıdurmada 15 əsgər və 6 mülki şəxs də yaralanıb.

Verilən məlumata görə, insident zamanı 11 terrorçu məhv edilib.

Atışma baş verdiyi zaman isə bir PKK terrorçusu olan qadın üzərindəki bombanı partladaraq, intihar edib. Canlı bombanın düzənlədiyi intihar zamanı bir neçə əsgərin də yaralandığı bildirilir.


Story Code: 185068

News Link :
https://www.islamtimes.org/az/news/185068/türkiyədə-vəziyyət-gərginləşir

Islam Times
  https://www.islamtimes.org