QR CodeQR Code

İranlı zəvvarlar azad olundu

5 Aug 2012 12:48

IslamTimes - Bu gün səhər Suriya paytaxtı Dəməşqdə girov götürülmüş iranlı zəvvarlar Suriya ordusu tərəfindən azad olunub.


SalamNews-un verdiyi xəbərə görə, bu barədə FarsNews agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, girov götürülən bütün İran vətəndaşları Suriya ordusu tərəfindən azad edilib. Zərər çəkənlərin olması barədə məlumat verilmir.

Xatırladaq ki, bu gün Suriya paytaxtı Dəməşqdə aeroporta gedərkən iranlı zəvvarları daşıyan avtobus naməlum silahlı qrup tərəfindən girov götürülmüşdü.


Story Code: 185072

News Link :
https://www.islamtimes.org/az/news/185072/iranlı-zəvvarlar-azad-olundu

Islam Times
  https://www.islamtimes.org