QR CodeQR Code

Sionist rejim ABŞ üçün bir problemdir

HaqqYolu , 5 Aug 2012 19:34

IslamTimes - Tel-Əvivin siyasətləri hal-hazırda regionda Vaşinqtonun mənafelərini təmin etmir


İran İslam Respublikası xarici işlər nazirliyinin sözçüsü sionist rejimin Amerika üçün bir problem olduğunu qeyd edərək deyib: Tel-Əvivin siyasətləri hal-hazırda regionda Vaşonqtonun mənafelərini təmin etmir.

Fars İnformasiya Agentliyinin verdiyi məlumata görə Ramin Mehmanpərəst Şanxay Beynəlxalq Sosioloji Elmlər Akademiyasının tədqiqatçıları ilə görüşdə Amerikanın regiondakı iştirakını sionistlərin mənafeyinin təmin olunması məqsədini güddüyünü deyib.

İran XİN sözçüsü Afrikanın şimalı və Yaxın Şərqdəki islami oyanış hərəkatlarına işarə edərək Suriya hadisələri barədə deyib: İndiki dövrdə Suriya daxilində tam mənada ABŞ, onun müttəfiqləri və sionist rejimin hazırladığı gərginliklər yaşanır.

Mehmanpərəst Kofi Annanın istefa xəbərinə işarə edərək deyib: Amerika və Qərb ölkələri Kofi Annanın 6 maddəlik sülh planının icrasına heç vaxt razı deyildi. Ona görə ki, Amerikanın Suriyadakı siyasətləri sakitlik üçün deyildi. Bu plan icraya yaxınlaşdıqca, onlar da Suriyadakı terrorçuları silahlandırmağa başladılar.

İran XİN rəsmisi sonra vurğulayıb: Amerikanın Yaxın Şərq və Fars Körfəzi üçün siyasətlərinin həyata keçməsinə icazə verilməməlidir. Müstəqil ölkələr də ABŞ-ın regiondakı siyasətləri qarşısında öz vəzifələrinə yerinə yetirməlidirlər. (TR)


Story Code: 185167

News Link :
https://www.islamtimes.org/az/news/185167/sionist-rejim-abş-üçün-bir-problemdir

Islam Times
  https://www.islamtimes.org