0
Wednesday 13 January 2010 - 17:07

SİONİST REJİMİ NÜMAYƏNDƏSİNİN ACİZLİYİ

Story Code : 18529
SİONİST REJİMİ NÜMAYƏNDƏSİNİN ACİZLİYİ
Sionist rejimi İsrail şəhərlərinə dəyən ziyanın görüntülərinin mövcud olmamasını başlayan anti-raket əməliyyatları ilə izah edir.

İsrail rejiminin Azərbaycandakı nümayəndəsi Mixail Lavon Lotem ANS-ə müsahibəsində bildirib ki, bu əməliyyat nəticəsində İsrail tərəfinə atılan raketlər elə göydəcə vurulur.

"Həmişə faktlar əldə etmək mümkün olmur. Məsələn, Qəzzada hadisələr baş verəndə bütün xarici jurnalist və kameralar orada idi. Çəkilişlər mümkün olmuşdu. İndiki vəziyyətdə isə yalnız raketlərin atılması haqda bizim verdiyimiz məlumatlar sübutdur. Digər tərəfdən ərazimizin cənubunda, eləcə də şəhərlərin qorunması üçün biz birinci dəfə sınaq olaraq raketlərə qarşı anti-əməliyyatlar həyata keçirməyə çalışmışıq. Ola bilsin ki, İsrail şəhərlərinə atılan raket zərbələrinin görüntüsünün olmaması bununla əlaqədardır", - deyə səfir bildirib.

Maraqlıdır, nəfəsi yalanla gedib-gələn bir rejimin "yalnız raketlərin atılması haqda bizim verdiyimiz məlumatlar sübutdur" kimi gülünc iddiası kimi çaşdıra bilər?
Comment