QR CodeQR Code

DANİMARKADA İSLAMI QƏBUL EDƏNLƏRİN SAYI ARTIR

Dəyərlər AİN , 13 Jan 2010 17:21

Kopenhagen Universitetində aparılmış araşdırmalar bunu deməyə əsas verir. 2005-ci ildə karikatura hadisələrindən sonra Danimarkada İslama maraq artmaqda davam edir.


Mütəxəssislər Qərbdə İslama qarşı aparılan təbliğatın insanları İslamdan uzaqlaşdırmadığını, əksinə, onların bu dinə olan maraqlarını daha artırdığını deyiblər. Sözügedən universitetdə hazırlanan 69 səhifəlik hesabatın nəticələri mütəxəssislərin görüşünü təsdiqləyir. Hökumətə təqdim edilən hesabat mətbuata tam şəkildə açıqlanmasa da bəzi siyasətçilər islam dinini seçən danimarkalıların sayında nəzərəçarpacaq dərəcədə irəliləyişin olduğunu qeyd ediblər.

Liberallar partiyasının üzvü Karsten Lauritsen bu haqda belə deyib: “İslamı qəbul edən danimarkalıların sayını görəndə çox təəccübləndim. Bu insanlar İslamı könüllü qəbul ediblər və onların təzyiq altında bu dini qəbul etmələrini düşünmək düzgün olmazdı”.


Story Code: 18531

News Link :
https://www.islamtimes.org/az/news/18531/danimarkada-islami-qəbul-edənlərin-sayi-artir

Islam Times
  https://www.islamtimes.org