QR CodeQR Code

Terrorçular 3 türk əsgərini qaçırdı

7 Aug 2012 08:51

IslamTimes - Türkiyədə Diyarbəkir – Bingöl magistral yolunda sərnişin avtobusunu dayandıran PKK terrorçuları avtobusda olan 3 əsgəri qaçırıb.


“Doğan” agentliyi (DHA) xəbər verir ki, hadisə ötən axşam yerli vaxtla saat 20.10-da (Bakı vaxtıyla 22.10) Şanlıurfa – Trabzon xətti ilə hərəkət edən şəhərlərarası avtobusda baş verib. Məlumata görə, yolda “reyd” keçirən terrorçular avtobusda əsgər olduğunu müəyyən etdiyi, məzuniyyətə çıxaraq evlərinə getməkdə olan 3 nəfəri avtomobillə naməlum istiqamətə aparıb.

Faktı təsdiq edən Diyarbəkir valisi Mustafa Torpaq qaçırılan əsgərlərin xilas edilməsi üçün hərbi hava donanmasının dəstəyi ilə əməliyyatlara başlanıldığını qeyd edib. /anspress/


Story Code: 185525

News Link :
https://www.islamtimes.org/az/news/185525/terrorçular-3-türk-əsgərini-qaçırdı

Islam Times
  https://www.islamtimes.org