0
Tuesday 7 August 2012 - 12:41

Tovuz sakini vətəndaşlıqdan imtina edir

Story Code : 185574
Tovuz - Azərbaycan
Tovuz - Azərbaycan
Bu barədə o, bu gün Media Mərkəzdə keçirilən mətbuat konfransında bildirib.
Məmmədovanın bildirdiyinə görə, 2009-cu ildə o, hərrac yolu ilə Dövlət Fondunun kənd torpaqlarından 0,7 ha torpaq sahəsi alıb.
Dövlət rüsumu cəmi 425 manat olduğu halda, 0,7 ha qadına 2400 manata başa gəlib.
Lakin kənd bələdiyyəsinin o vaxtki rəhbəri 2009-cu ildə vəzifədən gedərkən sənədləri saxtalaşdıraraq, Məmmədovanı qanuni yolla əldə etdiyi torpaq sahəsindən məhrum edib, onun bir hissəsini isə o vaxt artıq 0,8 ha torpaq sahəsi olan qonşusu Mahir Cəfərova verib.
Qadının məhkəmələrdə hüquqlarının bərpasına nail olmaq cəhdləri nəticəsiz qalıb. Tovuz rayon məhkəməsi onun iddiasını təmin etməyib, Gəncə Apellyasiya Məhkəməsi və Azərbaycan Ali Məhkəməsi isə bu qərarları qüvvədə saxlayıb.
Hazırda Məmmədova AM Plenumuna müraciət edib. Lakin qadın bu instansiyanın onun xeyrinə qərar çıxaracağından şübhə edir, belə ki, məhkəmələr saxtalaşdırılmış sənədlərə deyil, Cəfərovun əvvəlcədən aldığı 0,8 ha torpaq sahəsi üzərində hüquqları haqqında qanuni arayışa baxır.
Məmmədovanın sözlərinə görə, ona torpaq sahəsinin yerinə kanalın sahilində su altında qalan sahəni təklif edirdilər. “Bu torpaqdan istifadə təhlükəlidir, bilmirəm necə yaşayım, kömək üçün kimə müraciət edim. Bu ölkədə nə məhkəmə yoxdur, nə də ədalət”, deyə Məmmədova bildirib.
O bildirib ki, ölkə prezidentinin adına Azərbaycan vətəndaşlığından imtina etdiyini əks etdirən məktub göndərib. /HaqqYolu/
Comment