0
Tuesday 7 August 2012 - 18:40

DEVAMM Hacı Mehdi Şamillinin həbsini qətiyyətlə pisləyir

Story Code : 185709
DEVAMM Hacı Mehdi Şamillinin həbsini qətiyyətlə pisləyir
DEVAMM Hacı Mehdi Şamillinin həbsini qətiyyətlə pisləyir
Zabrat kənd sakini, Azərbaycan İslam Partiyasının qurucularından olan Hacı Mehdi Şamilli qondarma narkotik ittihamı ilə həbs edilmişdir. DEVAMM bu münasibətlə bəyanatla çıxış etmişdir. Mərkəzin sədri Hacı İlqar İbrahimoğlunun yaydığı bəyanatda bildirilir:

"Hacı Mehdi Şamilli - camaat arasında təmiz və pak insan kimi nüfuza malik olan, günah əməllərdən uzaq olan bir kənd ağsaqqalı kimi tanınır. Ona qarşı narkotik ittihamı irəli sürmək - absurd və əsassız bir iddiadır. Hacı Mehdi Şamilli - xalq hərəkatının, milli-azadlıq sürəcinin fəal üzvlərindən olmuş bir ictimai insandır. Onu bu cür aşağılayıcı ittihamlarla həbsə atmaq - xüsusilə üzücüdür. Digər tərəfdən, uzun müddət ölkədə olmayan insanı, yenicə Vətənə dönən kimi həbs etmək - aksiyanın hazırlanmış olmasına güclü dəlalət kimi çıxış edir. Bunları nəzərə alaraq, Hacı Mehdi Şamillinin həbsini pisləyir və onun təcili azadlığa buraxılması üçün DEVAMM olaraq çağırış edirik.

Eyni zamanda insan haqlarını müdafiə qurumu olaraq, müvafiq orqanlara müraciətlə, inanclı insanlara qarşı təqiblərin dayandırılması və bu cür rəftarlardan imtina edilməsi üçün çağırış edirik".
Source : Deyerler
Comment