0
Tuesday 7 August 2012 - 19:57

İndoneziya İrandan neft idxalını davam etdirəcək

Story Code : 185721
İndoneziya İrandan neft idxalını davam etdirəcək
İndoneziya İrandan neft idxalını davam etdirəcək
APA-nın İRNA-ya istinadən məlumatına görə, bu fikirləri İndoneziyanın İrandakı səfiri bildirib. Onun sözlərinə görə, bu gün inkişaf etməkdə olan İndoneziya infrastrukturların qurulması, elm və texnologiya sahəsində İranın yüksək potensiallarından faydalanmaq istəyir: “İndoneziya İranla başda neft olmaqla ticarət əlaqələrinə və əməkdaşlığa ehtiyac duyur və bu əməkdaşlıq müddətini davam etdirəcək. İrana qarşı birtərəfli sanksiyaların təsiri yalnız bir ölkə ilə məhdud qalmaz, əksinə doğrudan və ya bilavasitə bir çox ölkəyə təsir edər”. Səfir deyib ki, İndoneziya İranla ticarət əlaqələrini siyasi əlaqələrə paralel olaraq inkişaf etdirmək istəyir: “Bəlkə bank sistemində bəzi problemlər yaşaya bilərik. Ancaq valyuta mübadiləsi məsələsini həll etmək üçün alternativ sistemlər də qura bilərik”.


Comment