QR CodeQR Code

Səudiyyə Ərəbistanının yeni hiyləsi

8 Aug 2012 00:48

IslamTimes - Suriya ordusunun müxaliflərə ağır zərbələr endirdiyini, əcnəbi döyüşçülərin Suriya hakimiyyəti tərəfindən ələ keçirildiyini görən Səudiyyə rejimi və digər bir neçə ərəb dövləti Əsədin nazirlərini satın almaq qərarına gəliblər.


"IslamTimes" "Əl-Minar" xəbər agentliyinə istinadən bildirir ki, Səudiyyə Ərəbistanında 7 nəfərdən ibarət yeni bir qrup yaradılıb. Bu qrup müxtəlif ölkələrdə gizli ofislər açaraq, Bəşar Əsəd rejiminə qarşı təbliğat müharibəsi aparır. Suriya hakimiyyətində çalışan məsul şəxslərə külli miqdarda pul vəd olunaraq, onların Əsədə arxa çevirməsi bu şəxslərin əsas hədəfidir.

Digər ərəb dövlətləri ilə müzakirə apararaq külli miqdarda pul toplayan 7 nəfərlik qrupda Bəndər bin Sultan, Səmir Cəcə və Səd əl-Həririnin də olduğu bildirilir.

Suriya ordusunun müxaliflərə ağır zərbələr endirdiyini, əcnəbi döyüşçülərin Suriya hakimiyyəti tərəfindən ələ keçirildiyini görən Səudiyyə rejimi və digər bir neçə ərəb dövləti Əsədin nazirlərini satın almaq qərarına gəliblər. Amma ekspertlər bu gizli əməliyyat haqda mətbuatda yayımlanan xəbərlərin Səudiyyə Ərəbistanının planlarını alt-üst edəcəyini bildirib.


Story Code: 185763

News Link :
https://www.islamtimes.org/az/news/185763/səudiyyə-ərəbistanının-yeni-hiyləsi

Islam Times
  https://www.islamtimes.org