QR CodeQR Code

ABŞ Suriyada müxalifət ilə Bəşər Əsədin dialoq qurmasına mane olur"

8 Aug 2012 23:31

IslamTimes - Hizbullah lideri Seyid Həsən Nəsrullah ABŞ-ın Suriyanı dağıtmaq üçün çalışdığını və bu səbəblə Suriya müxalifətinin Bəşər Əsədlə dialoq qurmasına qarşı çıxdığını bildirib.


Seyid Nəsrullah Livanın paytaxtı Beyrutun cənubunda Hizbullahın qadın təşkilatlarından birinin təşkil etdiyi iftar süfrəsində etdiyi çıxışı zamanı qeyd edib ki, ABŞ hər bir vəchlə müxalifət-iqtidar dioloqunun qarşısını alır.

"Suriyada baş verənlərə görə ürəyimiz qan ağlayr" ifadəsini işlədən Seyid Nəsrullah Suriyadakı problemin həll olunmasında hərbi gücdən istifadə etməyin, daha çox qan tökülməsinə səbəb olacağını bildirib.

Seyid Nəsrullah çıxışı zamanı tərəflərə dialoq çağırışı edərək deyib ki, \'\'Dialoqun alternativi xaosdur\'\'.

Hizbullah liderinin böyük ölçülü ekrandan nümayiş olunan çıxışında Misirin Sina yarımadasında 16 misirli əsgərin ölümü ilə nəticələnən hücuma görə Misir ordusuna, Misir hökumətinə və əsgərlərin ailələrinə başsağlığı verib. Baş vermiş hücumda qazanan tərəfin İsrail rejimi olduğunu deyən Seyid Nəsrullah, baç verənlərə görə İsrail rejimindən "şübhə"ləndiklərini ifadə edib. /Deyerler/


Story Code: 185993

News Link :
https://www.islamtimes.org/az/news/185993/abş-suriyada-müxalifət-ilə-bəşər-əsədin-dialoq-qurmasına-mane-olur

Islam Times
  https://www.islamtimes.org