0
Friday 10 August 2012 - 02:25

Böyük Britaniya Avropa İttifaqından çıxa bilər

Story Code : 186312
Böyük Britaniya Avropa İttifaqından çıxa bilər
Böyük Britaniya Avropa İttifaqından çıxa bilər
Böyük Britaniyanın (BB) keçmış baş naziri Toni Bleyer Birləşmiş Krallığın Avropa İttifaqından çıxmasını istisna etməyib. Bleyer bu barədə narahatlığını “Die Zeit” qəzetinə müsahibəsində bildirib.

Eks-baş nazirin sözlərinə görə, son vaxtlar təşkilatda demokratik dəyərlərə ziyan vuracaq işlər olur: “Böyük Britaniya Avropada mühüm rol oynamalıdır”.

Güman ki, Krallığın Aİ-dən imtinası məsələsi referenduma çıxarılsa, britaniyalıların əksəriyyəti Avropa İttifaqına “yox” deyəcək. Artıq bu il Britaniya parlamenti reperendum məsələsini gündəmə gətirsə də, baş nazir Devid Kemeron işə qarışıb. Müzakirələrdən sonra referendumla bağlı səsvermənin keçirilməsi təxirə salınıb.

Rəy sorğularına görə, hazırda BB əhalisinin cəmi 35 faizi Aİ-yə üzvlüyü dəstəkləyir.
Source : XezerXeber
Comment