QR CodeQR Code

Böyük Britaniya Avropa İttifaqından çıxa bilər

XezerXeber , 10 Aug 2012 02:25

IslamTimes - Toni Bleyer Birləşmiş Krallığın Avropa İttifaqından çıxmasını istisna etməyib.


Böyük Britaniyanın (BB) keçmış baş naziri Toni Bleyer Birləşmiş Krallığın Avropa İttifaqından çıxmasını istisna etməyib. Bleyer bu barədə narahatlığını “Die Zeit” qəzetinə müsahibəsində bildirib.

Eks-baş nazirin sözlərinə görə, son vaxtlar təşkilatda demokratik dəyərlərə ziyan vuracaq işlər olur: “Böyük Britaniya Avropada mühüm rol oynamalıdır”.

Güman ki, Krallığın Aİ-dən imtinası məsələsi referenduma çıxarılsa, britaniyalıların əksəriyyəti Avropa İttifaqına “yox” deyəcək. Artıq bu il Britaniya parlamenti reperendum məsələsini gündəmə gətirsə də, baş nazir Devid Kemeron işə qarışıb. Müzakirələrdən sonra referendumla bağlı səsvermənin keçirilməsi təxirə salınıb.

Rəy sorğularına görə, hazırda BB əhalisinin cəmi 35 faizi Aİ-yə üzvlüyü dəstəkləyir.


Story Code: 186312

News Link :
https://www.islamtimes.org/az/news/186312/böyük-britaniya-avropa-ittifaqından-çıxa-bilər

Islam Times
  https://www.islamtimes.org