0
Friday 10 August 2012 - 11:27

Türkiyədə yanğınsöndürən vertolyot qəzaya uğrayıb, beş nəfər ölüb

Story Code : 186351
Türkiyədə yanğınsöndürən vertolyot qəzaya uğrayıb, beş nəfər ölüb
Türkiyədə yanğınsöndürən vertolyot qəzaya uğrayıb, beş nəfər ölüb
APA-nın məlumatına görə, qəza nəticəsində türk pilot Atif Atəşok, meşəbəyi Orhan Çelik, Rusiya vətəndaşları Aleksandr Qavrilov, Nikolay Atepalixin və Sergey Xoroxorin həlak olublar. Onların meyitləri qəza baş verdikdən bir neçə saat sonra tapılıb. Tanınmaz vəziyyətə düşən meyitlərin kimliyini müəyyənləşdirmək üçün ekspertiza təyin olunub. Maraqlıdır ki, qəzada həlak olmuş pilot Atif Atəşok 2006-cı ildə də meşə yanğınlarının söndürülməsi zamanı qəzaya uğrayıb. Su anbarından su götürmək üçün eniş edən vertolyot anbara düşüb, pilot və heyətin digər dörd üzvünü vətəndaşlar xilas ediblər. 2,5 ton su daşıya bilən “KA-32” vertolyotu irimiqyaslı yanğınların söndürülməsində istifadə olunur.
Comment