0
Saturday 11 August 2012 - 12:20

“Avropa İttifaqı dağılacaq”

Story Code : 186589
“Avropa İttifaqı dağılacaq”
“Avropa İttifaqı dağılacaq”
Bleyer Brüsselə həddən artıq səlahiyyətlər verildiyi təqdirdə, Böyük Britaniyadakı referendumun ölkənin Aİ-dən çıxması ilə nəticələnə biləcəyini bildirib. “Avropanın institutları və milli dövlətlər arasında balans lazımdır. Bu düzgün edilməsə, biz avro böhranı kimi miqyaslı siyasi böhran yarada bilərik”, – deyə o bəyan edib.

Eks-baş nazirin sözlərinə görə, son vaxtlar təşkilatda demokratik dəyərlərə ziyan vuracaq işlər olur: “Böyük Britaniya Avropada mühüm rol oynamalıdır”.

Qeyd edək ki, bu il Britaniya parlamenti reperendum məsələsini gündəmə gətirsə də, baş nazir Devid Kemeron işə qarışdı. Müzakirələrdən sonra referendumla bağlı səsvermənin keçirilməsi təxirə salındı. Son statistikaya görə, sıravi britaniyalılar ölkənin Aİ-dən çıxması qərarını təsdiqləyəcəklər. Belə ki, sorğulara əsasən, ölkə vətəndaşlarının yalnız 35%-i Aİ-yə üzvlüyün Böyük Britaniya üçün faydalı olduğunu hesab edirlər.

Böyük Britaniyanın bu mövqeyini, bundan öncə İtaliya və Almaniya arasındakı gərginlikləri nəzərə alsaq, Avropa İttifaqının artıq əvvəlki önəmini itirdiyini deyə bilərik. Bəs bu proseslər davam edərsə, Avropa İttifaqı dağıla bilərmi?
Comment