0
Saturday 11 August 2012 - 16:16

“Bint-Cobəyl” döyüşünün ilk şəhidi

Story Code : 186674
“Bint-Cobəyl” döyüşünün ilk şəhidi
“Bint-Cobəyl” döyüşünün ilk şəhidi
Islam times.org/az/ - “Şərqi Cihad və Müqavimət” qruplaşmasının yaydığı məlumata görə sionist rejimi hizbullahın gözlənilməz “Vədeyi-sadiq” əməliyyatından bir gün sonra, yəni 12 iyul 2006- cı il tarixdə (bu ərəfələrdə mücahidlər Livanın işğal olunmuş ərazilərinə (“Şəba” məntəqəsinə) girərək bir neçə işğalçı İsrail əsgərini öldürüb ikisini də əsir götürmüşdü) bütün qüvvələri ilə hava, quru və sudan Beyrutun şiə oturan (Zahiyəh) məntəqəsinə və cənubi Livana hücum etdilər. Bu hücumu sionistlər “Dağıdıcı yol” adlandırırdılar.

Livan hizbullahı Amerika, Avropa və irticaçı ərəblərin böyük dəstəyi ilə həyata keçən hücumun müqabilində meydana atıldı. Hizbullahın ən böyük məsuliyyəti İsrail ordusuna nisbətən az silah-sursat və hərbi texnika ilə bu hücumu dəf etmək idi.

Həmçinin neçə illər öncə də cənubi Livanın azadlığı uğrundan hizbullahın sionist əsgərləri ilə döyüşlər aparırdı. Həmin döyüşlərdə də bir şəhərin adı digərlərindən daha çox hallanırdı: “Binti-Cobəyl”; o şəhər ki, döyüş ərəfələrində digərlərindən daha çox işıqlandı və 33 günlük döyüşün ilk şəhidi də məhz oradan asimana pərvaz etdi.
Həmin şəhid cənubi Livan məntəqələrində yerləşən Mifdun kəndinin sakini 29 yaşlı Hişam Məhəmməd Bezi idi. O, hizbullah qruplaşmasının digər mücahidlərilə “Binti-Cobəyl”də işğalçılarla gedən 33 günlük döyüşdə şəhid oldu.

Mücahid şəhid Hişam Məhəmməd Bezi
Döyüş ərəfəsində Binti-Cobəyl şəhərində qalan Həsəni Bezi nəql edir ki ilk raket 13 temmuz, cümə axşamı, saat 7:30 da şəhərə düşdü və elə bu hadisədə Hişam Bezi şəhadətə çatdı. Kamil əl-Əşi isə yaralandı.

Mücahid şəhid Hişam Məhəmməd Bezi dostlarından birinin məzarı üstə Quran oxuyarkən

“Bezi” tayfası İslam müqavimətinə bir çox şəhid təqdim etmiş və edən, mübarizələrdə və cənubi Livanında gedən hizbullah cihadi hərəkatında önəmli rola malik tanınmış cənubi Livan tayfalarındandır.

Mücahid şəhid Hişam Məhəmməd Bezi

“Kəşşafət əl-İmam əl-Məhdi” (ə.c.) üzvlərindən ibarət Livan cavanları şəhid Hişam Məhəmməd Bezinin anasından təclil etdilər
33 günlük döyüşün ilk şəhidinin cənazəsi Binti-Cobəyl şəhərində torpağa tapşırıldı. Bir müddət sonra isə “Bezi” tayfasından olan şəhidlərin cənazəsi onun yanında yer alacaqdı.

İSLAMTİMES - TƏRCÜMƏ ŞÖBƏSİ
Source : İslamtimes
Comment