0
Saturday 11 August 2012 - 20:46

DEVAMM Hacı Abgül Süleymanovun təcili azadlığa buraxılması üçün çağırış edir

Story Code : 186739
İlqar İbrahimoğlu
İlqar İbrahimoğlu
DEVAMM bununla bağlı bəyanat yayıb. Mərkəzin sədri Hacı İlqar İbrahimoğlunun yaydığı bəyanatda çıxarılan məhkəmə qərarına etiraz edilir: "DEVAMM olaraq, Hacı Abgül Süleymanova qarşı çıxarılan məhkəmə qərarını əsassız və qərəzli hesab edirik. Biz vurğulayırıq ki, Hacı Abgül Süleymanovun ona qarşı irəli sürülən ittihamlarla heç bir əlaqəsi yoxdur. Çox ağrılıdır ki, ilahiyyatçını, dindar bir insanı külli miqdarda narkotik satmaq kimi absurd bir ittihamla ağlasığmaz müddətə azadlıqdan məhrum edirlər. DEVAMM olaraq hesab edirik ki, Hacı Abgülün günahsız olması məsələyə obyektiv baxan hər bir kəsə aydındır. DEVAMM olaraq, Hacı Abgül Süleymanovun baxışlarına görə təqib olunmasını bildirir, onu vicdan məhbusu hesab edirik. Qeyd edirik ki, beynəlxalq qurumların da siyahısında Hacı Abgül Süleymanov artıq vicdan məhbusu kimi qeyd edilmişdir. Biz vurğulayırıq ki, insanı baxışlarına görə təqib etmək, törətmədiyi cinayətlərə görə məsuliyyətə cəlb etmək - qətiyyən yolverilməzdir. Bir daha Hacı Abgül Süleymanovun təcili azadlığa buraxılması üçün çağırış edirik".
Comment