QR CodeQR Code

Hillari Klinton Suriya haqda danışıqlar aparmaq üçün Türkiyəyə gəlib

İslamtimes , 12 Aug 2012 03:12

İslamtimes - ABŞ dövlət katibi Hillari Klinton Türk rəsmiləri ilə Suriyadakı münaqişə haqda müzakirələr aparmaq üçün İstanbula gəlib.


islamtimes.org/az/ - Klintonun bu səfəri Vaşinqtonun Suriya prezidenti Bəşər Əsədə və onun müttəfiqlərinə sanksiyalar tətbiq etdiyini elan etdikdən sonar baş tutdu.

ABŞ rəsmilərinin verdiyi məlumata əsasən dövlət katibi Suriyadakı müxalifəti dəstəkləməyin yolları haqda Türkiyə prezidenti Abdullah Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Əhmət Davutoğlu ilə müzakirələr aparacaq.

Türkiyə həmçinin Əsədə qarşı təziqləri artırmaq və onun hakimiyyətini devirmək üçün Suriyaya qarşı sanksiya tətbiq edib.

Sanksiyaya Suriya hökumətinin əmlakının dondurulması və Suriya rəsmilərinin səfərinə qadağa daxildir.

ABŞ və Türkiyə Suriya üsyançılarını ölkə daxilində ölümcül hücumlar həyata keçirmək dəstəkləyən dövlətlərdəndir.

Dəməşq bir neçə dəfə Türkiyə, Səudiyyə ərəbistan və Qətər də daxil olmaqla bir neçə region dövlətini ölkədəki silahlı üsyançıları dəsətklədikləri üçün tənqid edib.


Story Code: 186770

News Link :
https://www.islamtimes.org/az/news/186770/hillari-klinton-suriya-haqda-danışıqlar-aparmaq-üçün-türkiyəyə-gəlib

Islam Times
  https://www.islamtimes.org