QR CodeQR Code

Olimpiya çempionu mükafatını zəlzələ qurbanlarına bağışladı

XezerXeber , 14 Aug 2012 23:48

IslamTimes - İranlı olimpiya çempionu qızıl medala görə pul mükafatını zəlzələdən zərər çəkənlərə verib.


İranın yunan-roma güləşi üzrə 96 kiloqram çəkidə olimpiya çempionu Qasem Rezai qızıl medala görə pul mükafatını Şərqi Azərbaycanda zəlzələdə zərər çəkənlərə yardım fonduna bağışlayıb. İdmançı onun qələbəsi üçün milyonlarla həmvətənlisinin dua etdiyini bildirib.

“Qızıl medal mənim 15 il ərzindəki hər gün çəkdiyim əziyyətin bəhrəsidi. Əgər mənim bu kiçik yardımım zərərçəkənlərin əzablarını cüzi də olsa azaldarsa, xoşbəxt olaram”.


Story Code: 187588

News Link :
https://www.islamtimes.org/az/news/187588/olimpiya-çempionu-mükafatını-zəlzələ-qurbanlarına-bağışladı

Islam Times
  https://www.islamtimes.org