0
Wednesday 15 August 2012 - 15:38

Bint-Cobəyl şəhəri Livanın müqavimət simvolu

Story Code : 187822
Bint-Cobəyl şəhəri Livanın müqavimət simvolu
Bint-Cobəyl şəhəri Livanın müqavimət simvolu
May ayının 24-ü 2000-ci ildə yəni işğalçıların cənubi Livandan çıxarılmasından bir gün sonra sionistlərin 1 nömrəli düşməni, Seyyid Həsən Nəsrullah şəhərə daxil olaraq “Hərbi hissə 17”-nin yaxınlığında (indi ondan xarabalıqdan başqa bir şey qalmayıb) atəşli bəyanatla çıxış etdi.
Şərqi Cihad və Müqavimət qruplaşmasının yaydığı xəbərdə qeyd edilir ki, Bint-Cobəyl və orda şəhid olanlar haqda araşdırma və tədqiqat aparmadan İslami müqavimətdən söz açmaq və Bint-Cübəyldən və şəhidlərindən danışmaq düzgün olmazdı. Bu şəhərin adını eşidərkən niyə Bint-Cobəylin cənubi Livanın “Müqavimət şəhərir” adlandırılmasının məlum olmasından ötrü Bint-Cobəyli icmali şəkildə araşdıracağıq.

Bint-Cobəylə bir baxış
Bu yazıda Bint-Cobəylin tarixi, mədəni, qədim dünya haqda, həmçinin bu şəhərin zeytun, üzüm və bal arısı yetişdirilməsi mərkəzinin olması barədə bəhslərə toxunulmayacaq. Bint-Cobəyl əzizdir ona görə ki, Rani Ədnan Bəzna (Hacı Hatəm), Xalid Bezi (Hacı Qasim) və digər şəhid sərvərlərin o cümlədən Səlah Ğəndur ( 30 gün ərzində şəhəri işğalçıların qətlgahına çevirmişdi) kimi sərvərin arzu və amalına çevrilmişdir.
Bint-Cobəyl işğal edilmiş torpaqlarla az fasilədə yerləşən cənubi Livanın kiçik bir şəhəridir. Bint-Cobəyl həmdə Livanın şiə məskunlaşan ən məşhur şəhərlərindən sayılır ki, şimaldan Kunin, cənubdan Yarun, şimal-şərqdən İnata, şimal-qərbdən ət-Təyra, cənub-qərbdən Eyn-İbil və cənub şərqdən isə Marun əl-Rasla əhatələnmişdir.
Bint-Cobəyldə mövcud tayfalar arasında “Ali-Bezi” tayfası ən qədim və ən böyük tayfa hesab olunur ki, etibarlarını son illərdə şəhidlər xüsusilə Hişam Məhəmməd Bezi (33 günlük döyüşün ilk şəhidi) qoruyub saxlamışdır.
Bu şəhərin anti - müstəmləkəçiliyi fransalıların Livanı dominantlıq altına saldıqları zaman başladı ki, nəticədə Bint-Cobəyl cənub məntəqələrin lideri oldu. Habelə bu işğalçılar əleyhinə müxalif müqavimət qruplaşması yarandığı zaman baş verdi ki, həmin qruplaşmaya Mahmud Əhməd Bezi rəhbərlik edirdi.
Amma cənubi Livanın sionist işğalçıları tərəfindən 18 illik işğalı zamanı bu cərəyan şiələrin işğalçılara qarşı mübarizəsində yeni fəslini yaşadı. Hadisələrin şah beyti isə 1995-ci ildə şəhidlik arzusu ilə şəhid Səlah Ğəndur tərəfindən həyata keçirilən əməliyyat sayılmalıdır.


Mücahid şəhidliksevər Səlah Ğəndur (Hacı Milak)
O, həmləsində işğalçı qüvvələrin bir karvanını hədəf seçmişdi. Partlayış nəticəsində 17 sionist əsgəri öldü, 15 nəfəri isə yaralandı. Bu hücümda düşmənin 5 hərbi maşını yandırıldı, hərbi binanın böyük bir hissəsi isə yararsız hala salındı.
Bu şəhər işğal illərində “Ləhəd ordusu” adı altında formalaşan İsrailin xristian muzdurlarının kontrolunda idi. Muzdlu Ləhəd ordusuna rəhbərliyi Antuan Ləhəd öz öhdəsinə götürmüşdü. İsraillilərlə Antuan Ləhəd muzdlu ordusunun şərikli qərarlaşdığı ən böyük hərbi hissə, “Hərbi hissə 17” adlanan ərazidə Bint-Cobəyl şəhərində idi.

Antuan Ləhəd başda papaqla sionist zabiti Qabi Eşqinazinin kənarında
May ayının 24-ü 2000-ci ildə yəni işğalçıların cənubi Livandan çıxarılmasından bir gün sonra sionistlərin 1 nömrəli düşməni, Seyyid Həsən Nəsrullah şəhərə daxil olaraq “Hərbi hissə 17”-nin yaxınlığında (indi ondan xarabalıqdan başqa bir şey qalmayıb) atəşli bəyanatla çıxış etdi.

Seyyid Həsən Nəsrullahın 2000-ci ilin mayında Bint-Cobəyldəki çıxışı
Seyyid Həsən Nəsrullahın Bint-Cobəylə gəlməsi və çıxışı sionistlər üçün baha başa gəldi. Çünki əsil düşmənlərini bir neçə addımlıqda müşahidə edir lakin bir tədbir görə bilmirdilər. Həmçinin məhz bu çıxışda Seyyid Həsən Nəsrullah öz dahiyanə cümləsini mübariz fələstinlilərə xitabən buyurdu:
أقول لكم يا شعبنا في فلسطين: إنّ إسرائيل هذه التي تملك أسلحة نووية وأقوى سلاح جو في المنطقة، والله هي أوهن من بيت العنكبوت
“Ey bizim Fələstində olan millətimiz! Sizə səslənirəm! And olsun Allaha ki, İsrail ərazidə ən güclü hava qüvvələri və atom bombası ilə belə hörümçək torundan daha zəif və yumşaqdır”.
Sionistləri yandırma layihəsinin tamamlanması üçün bu şəhərin xalqı hizbullah liderinin Quran ayələrindən istinbat etdiyi dahiyanə cümləyə diqqət edərək şəhərin mərkəzi meydanını “Hörümçək toru” adlandırdılar.
Onu da qeyd edək ki, İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad iki il öncə Livana səfərində (xarici səfərlərinin ən şöhrətlisi idi) Bint-Cobəyldə onun pişvazına gələn, İran İslam dövlətinə və İnqilabın əzəmətli rəhbərinə eşq və məhəbbət bəsləyən şəhər camaatı arasında olarkən mühüm çıxış etdi ki, bu səfər və çıxışda sionistlər üçün mühüm mesajlar vardı.


Bint-Cobəyl əhalisinin İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadı atəşli qarşılaması

Lakin 33 günlük müharibə ərəfəsində israillilər üçün Bint-Cobəyli işğal etmək ciddi və böyük bir hədəf sayılırdı. Onlar müharibənin əvvəllərində Bint-Cobəylin hizbullah paytaxtı olduğunu və hizbullah raket arsenalının bu şəhərdə yerləşdiyini, şəhəri işğal etdikləri təqdirdə İsrailə qarşı hizbullahın raket hücumlarının qarşısı alınacağını iddia edirdilər.

Sionistlərin Bint-Cobəyli işğal etmək ciddiyyətini sionist ordularının birgə ordu komandanı Don Halutesin bəyanatlarında müşahidə etmək olar. O, ordu rəhbərlərinə xitabən deyirdi: “Bint-Cobəyl bir simvoldur. Seyyid Həsən bu şəhərdə çıxış etdiyinə görə düşmənlərə qüdrətimizi göstərməkdən ötrü bu şəhəri işğal etməliyik.

Don Halutes sionist ordularının birgə ordu komandanı
Sonralar məlum oldu ki, sionist ordusu bu şəhəri işğal etməklə Don Halutes “Hörümçək toru” meydanında (Seyyid Həsən Nəsrullahın çıxış etdiyi yer) İsrailin hörümçək toru olmadıqlarını sübutu üçün atəşli çıxış edəcəyini planlaşdırmışdılar.
Lakin bu arzu da (təskinlik tapmaq və öz qüdrətlərini media vasitəsilə Bint-Cobəyldə nümayiş etdirmək üçün hətta bir saat bu şəhərdə qədəm vurmaq arzusu) rejim rəhbərlərinin digər arzuları kimi ürəklərində dəfn oldu.
Əlbəttə israillilər Bint-Cobəylə hücumdan öncə Marun əl-Ras və Eyta əl-Şəb kəndlərində hizbullahla güclü döyüşlər aparmışdılar. Amma sionistlər iki kənddə gedən döyüşdən yaxa qutarandan sonra hizbullahın Bint-Cobəyldə onlar üçün hazırladığı cəhənnəmə daxil olacaqlarından xəbərsiz idilər.
Bint-Cobəyldə ən 33 günlük ən böyük və ən qanlı döyüş həyata keçdi.





Otuz üç günlük döyüşdən qalan Bint-Cobəyl viranəlikləri

İsrail ordusu şəhərə daxil olandan sonra şəhər ətrafı zeytun bağlarını öz hədəfləri qərar verdilər. Öz hərbi texnikalarını şəhərlə İnata şəhərciyi kəsiyində yerləşdirdilər. Hədəfləri isə zeytun bağlarının köməkliyi ilə özlərini hizbullah hərbi müqavimət dəstəsindən gizlətmək idi.
Sionistlərin hədsiz təkəbbürlükləri bu bağların onları əkən sahibləri üçün daha əlverişli olduğunu unutdurdu.
Livanlılar adətən böyük mənzillərdə, şəhər ətrafı villalarda yaşayırdılar. Amma bu dəfə mənzil və bağlar müqavimət əsgərlərinin pusqusuna çevrilmişdi.
İsrail əsgərlərinin etiraflarına əsasən Bint-Cobəyl əməliyyatlarında 35 sionist hərbiçisi öldürülmüş və bu da tankların partladılması zamanı baş vermişdir.

Sionistlərin Bint-Cobəylə girişi və hizbullah qoşunu ilə döyüşünün infoqrafiyası
Otuz üç günlük döyüş ərəfəsində Bint-Cobəyl, üç dəfə düşmən hücumuna məruz qalmışdır:
Əsirlərin birbaşa əməliyyatı (liberallaşdırma) ilə başlayan ilk mərhələ iyulun 13-dən 24-nədək davam etdi. Bu müddətdə yerüstü hücumsuz şəhər dəfələrlə bombalanırdı.
İkinci mərhələdə əməliyyat iyulun 24-dən 29-adək davam elədi. Düşmən əməliyyat boyunca Marun təpəsi, İnata şəhərciyi və Məsud təpəsi istiqamətindən Bint-Cobəyli işğal etməyə səy göstərirdi.
Üçüncü mərhələ isə iyulun 29-dan avqustun 8-nə kimi çəkdi. Əməliyyat boyu Bint-Cübəyl bombardmanların intiqamçı hədəfinə çevrilərək viran qoyuldu.
Lakin Bint-Cobəylə yerüstü hücumlar 24-iyuldan başladı yəni, İsrailin piyada ordusunun bir bölməsi Marun əl-Ras təpəsi istiqamətindən şəhərə əl uzatdı. Bu hücümdan bir az qabaq digər ordu qüvvələri tankları Marun məntəqəsinin şərqi istiqamətindən Bint-Cobəylə daxil edirdilər.
Müqavimət qüvvələri bu mərhələdə üç tankı partlatmaqları düşmənin tank istifadəsindən sərfi-nəzər etmələrinə və öncə qeyd edilən piyada ordu bölməsinin Bint-Cobəylin bəzi məntəqələrinə yürüşünə səbəb oldu.
Müqavimət qoşunları bəzi məqamlarda İsrail qüvvələrinin daha yaxına gəlmələrini gözləyir, sonra onları hədəf seçirdilər. Bu əməliyyat Məhniyədə baş verdi və israillilərin etirafına görə Məhniyə yaxınlığında gedən ilk döyüşlərdə İsrailin iki əsgəri öldürüldü, bir neçə əsgər isə müxtəlif xəsarət aldı.

Sionistlərin Bint-Cobəyldəki məğlubiyyəti
Bint-Cobəyl haqda deyiləsi söz çoxdur. Seyyid Həsən Nəsrullah növbəti dəfə 33 günlük bu şəhərdə gedən 33 günlük döyüşdə şəhid olanların ilk yubileyində mediada çıxışı zamanı dedi: “Gördünüz! İsrailin hörümçək torundan zəif və süst olduğunu demişdim”.
İnşallah növbəti yazılarda sionistlərin Bint-Cobəyl cəhənnəmində məğlubiyyətinə səbəb amillərdən və onlar üçün bu atəşi düzəldən sərvərlərdən daha çox söz açacağıq.

ISLAMTIMES - TƏRCÜMƏ ŞÖBƏSİ
Source : İslamtimes
Comment