QR CodeQR Code

Çindən Qərb ölkələrə sərt tənqid

15 Aug 2012 17:09

IslamTimes - Çin bəzi Qərb ölkələrini Suriyada iqtidar devirməyə çalışdıqları və üsyançı qüvvələri hər ötən gün daha çox dəstəklədikləri üçün sərt şəkildə tənqid etdi.


Çin Kommunist Partiyasının rəsmi nəşr orqanı Xalqın Gündəliyi qəzetinin bugünki sayında Çinin Suriya böhranı mövzusundakı mövqeyilə əlaqədar bir məqalə dərc olunub.

Məqalədə, Çinin Suriya böhranının həllinin ancaq siyasi yollarla təmin edilə biləcəyi istiqamətindəki rəftarı təkrarlanarkən, Qərb ölkələrini də uçuşa qadağan zona yaradılması müzakirələriylə daha əvvəl Kofi Annanın icra etdiyi sülhsevər səyləri baltalamaqla tənqid etdi. Bu cəhdlərin həmçinin BMT Təhlükəsizlik Şurasının daxili bütünlüyünü də məhv etdiyi vurğulanır.

Çin Xarici İşlər Nazirliyi Suriya prezidentinin müşaviri Buseyna Şabanın dünən Pekinə gələrək Çin xarici işlər naziri Yanq Jieçi ilə görüşəcəyini açıqlamışdı. Nazirlik yaxın zamanda suriyalı müxalif qrupların da Çinə dəvət ediləcəyini açıqlayıb. /Deyerler/


Story Code: 187835

News Link :
https://www.islamtimes.org/az/news/187835/çindən-qərb-ölkələrə-sərt-tənqid

Islam Times
  https://www.islamtimes.org