QR CodeQR Code

"Zəlzələ olsun, dövlətinizi görək!"

16 Aug 2012 11:08

IslamTimes - Ötən gün HaqqYolu-nun xüsusi müxbiri Həsən Hüseynli Şərqi Azərbaycanın zəlzələ yaşamış məntəqələrində olub. Bu ərazidə yeraltı təkanlar hələ də hiss olunur.


Müxbirimiz zəlzələdən zərər çəkən soydaşlarımızla görüşüb.
Əhərli Bayram Nəcəfi müxbirimizin dövlətin zəlzələ bölgəsinə yardımları ilə bağlı sualının cavabında deyib: “Hamı bilir ki, İran dövləti xalqa işləyir, cibinə yox. Bu dövlətlə yalnız İslama biganə olanların müşkülü var. Onlar zəlzələdən də istifadə edirlər. Dövlətimiz təkcə zəlzələdə yox, bütün vaxtlarda xalqla nəfəs alır. Bir az rəhmsizlik olsa da, xaricdən söz atanlara deyəcəyəm: zəlzələ olsun, dövlətinizi görək!”
Əhərli qardaşımız biz şimallılardan da gileyləndi: "Bizdə matəmdir. Deyirlər Azərbaycandan yardım gəlib. Bizim maddi yox, mənəvi dəstəyə ehtiyacımız var. Nə matəm elan etdiniz, nə də radio-televiziyanızda çal-çağır dayandı. Əlbəttə ki, bu giley xalqdan deyil, başçılarınızdandır..."
Soydaşımız hələ bilmir ki, Türkiyədə İran səfirliyi önündə etiraz aksiyası keçirilib.
APA-nın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları İranın Şərqi Azərbaycan vilayətində baş vermiş zəlzələdən sonra bölgəyə lazımi yardım göstərilmədiyini bəyan edib, səfirlik önünə qara çələng qoyublar.
Aksiyada «Güney Azərbaycanı zəlzələ dağıtdı, İran dövləti uzaqdan baxdı», «Azərbaycan, başın sağ olsun» şüarlarını səsləndirilib.
…Nə deyəsən, deyiləsi sözü əhərli qardaşımız dedi!


Story Code: 187983

News Link :
https://www.islamtimes.org/az/news/187983/zəlzələ-olsun-dövlətinizi-görək

Islam Times
  https://www.islamtimes.org