0
Thursday 16 August 2012 - 13:51

"Qüdsün azad edilməsi bizim dini borcumuzdur"

Story Code : 188030
"Qüdsün azad edilməsi bizim dini borcumuzdur"
"Qüdsün azad edilməsi bizim dini borcumuzdur"
“FarsNews"un verdiyi xəbərə görə, bu bəyanatla keçmiş hərbi əsirlərlə görüşü zamanı İran İslam İnqilabının Ali lideri ayətullah Seyid Əli Xamenei çıxış edib. Onun sözlərinə görə, regiondakı bütün müharibələrin əsas səbəbi, həmçinin, hegemon ölkələrin bölgəyə müdaxiləsi məhz bu faktla bağlıdır.

O deyib: “Sionistlər və onların tərəfdarları dünya xalqlarının Qüdsün işğalını unutmasına çalışır. Lakin İslam dünyası buna imkan verməyəcək. İranda İslam inqilabının qələbəsi İsrailin bu səylərini heçə endirib. Fələstin torpaqları artıq 60 ildir işğal altındadır. Bu faktla bağlı susmaq İslam dünyasına qarşı satqınlıq deməkdir.

Qüds məsələsi bizim üçün taktika məsələsi deyil, daha qlobal bir anlayışdır. Bu torpaqların sionistlər və onların beynəlxalq havadarlarının tapdağından azad edilməsi bizim dini borcumuzdur. Digər İslam ölkə və xalqları da bu məsələyə analoji vasitə ilə yanaşmalıdırlar”.
Comment