0
Thursday 16 August 2012 - 14:36

Britaniya polisi Ekvador səfirliyinə hücum edib

Story Code : 188038
Britaniya polisi Ekvador səfirliyinə hücum edib
Britaniya polisi Ekvador səfirliyinə hücum edib
Britaniya polisləri WikiLeaks-in əsasını qoyan Culian Assancenin qaldığı Evkvador səfirliyinə hücum həyata keçiriblər. Diplomatik missiya tikilinin ikinci mərtəbəsində yerləşib.

Təqribən 500-ə yaxın mühafizəçi isə təkcə binanın foyesini tutublar. Ətrafda Assencenin tərəfdarları da toplaşıb.

Bir müddət əvvəl Britaniya hökuməti Ekvadora hücum edəcəkləri və WikiLeaks rəhbərinin zorla qaytaracaqları barədə hədə səsləndirmişdilər. Gecəykən bina polis patrulları tərəfindən əhatə olunub.

Ekvador isə cavab olaraq bildirib ki, Britaniyanın müstəmləkəsi deyil və hədələri düşmənçilik aktı kimi qəbul edir. Respublikanın paytaxtı Kitoda Britaniya səfirliyinin qarşısına tonplaşan etirazçılar əllərində belə bir şüar tutublar: «Ekvador – suveren dövlətdir. Bu kəlmənin hansı hissəsini anlamırsız?»

Ekvadordan sığınacaq istəyən Assanceyə isə hökumət cavabı bu gün verəcəklərini açıqlayıblar.

Bununla belə Böyük Britaniya istənilən halda WikiLeaks rəhbərini səfirlikdən çıxmağa və aeroprta kimi getməyə imkan verməyəcəklərini bildirib. /Faktxeber/
Comment