QR CodeQR Code

İslam Rəhbəri Beynəlxalq Qüds Gününü geniş tədbirlərlə keçirtməyə səsləyib

İslamtimes , 16 Aug 2012 17:19

İslamtimes - İslam İnqilabının Rəhbəri Ayətullah əl üzma Seyyid Əli Xamenei Beynəlxalq Qüds Gününü daha geniş nümayişlərlə həyata keçirməyə çağırıb.


islamtimes.org/az/ - Çərşənbə günü yüzlərlə İran İraq müharibəsi veteranları ilə görüşən İslam Rəhbəri deyib ki, Qüds Günündəki izdihamlı nümayiş İslam və Fələstin düşmənlərinə qorxu verəcək.

İslam Rəhbəri Fələstin ərazilərinin işğalını və bu ərazidə İsrail rejiminin yaradılmasını Yaxın Şərqdəki şərrin mənbəyi kimi təsvir edib.

İslam Rəhbəri deyib: “İsrail rejiminin yaradılması baş verməsəydi, bu zaman bu müharibələr, imperialistlər tərəfindən müdaxilələr və zülmlər baş verməzdi.”

Ayətullah əl üzma Xamenei Müsəlmanlara İsrail və onun müttəfiqlərinin Fələstin məsələsini unutdurmaq cəhdlərinin qarşısını alamq üçün çağırışlar etmiş və İran İslam İnqilabını Fələstin məsələsənin unutdurulması qarşısında ən böyük maneə adlandırmışdır.

Ayətullah əl üzma Xamenei qeyd edərək bildirib ki, Fələstini İsrail və onun müttəfiqlərinin işğalından azad etmək bütün dünya müsəlmanalrının dini vəzifəsidir.


Story Code: 188079

News Link :
https://www.islamtimes.org/az/news/188079/islam-rəhbəri-beynəlxalq-qüds-gününü-geniş-tədbirlərlə-keçirtməyə-səsləyib

Islam Times
  https://www.islamtimes.org